Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:18

«Azadlıq» bloku Ağcabədidə yürüş-mitinq keçirib


Səs: Real audio
Müsavat Partiyasının rayon təşkilatının sədr əvəzi Rəşid Nəcəfli icra başçısının aksiyanın keçirilməməsi üçün onlara təzyiq göstərdiyini deyir Sentyabrın 17-də «Azadlıq» seçki blokuna daxil olan partiyaların Ağcabədi təşkilatları rayonda yürüş-mitinq keçiriblər.



Müsavat Partiyası Ağcabədi təşkilatının sədr əvəzi Rəşid Nəcəflinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, rayon İcra Hakimiyyəti sentyabrın 16-da aksiyanın keçirilməməsi üçün onlara təzyiq göstərib: «İcra başçısı şəxsən məni hədələdi. Ancaq buna baxmayaraq mitinqi keçirməkdə israr etdik».



Cənab Nəcəfli deyir ki, sentyabrın 17-i səhər rayon Polis İdarəsinin rəisi təşkilatın qərargahına gələrək, aksiyanın elan olunduğu kimi Mədəniyyət Evinin deyil, İdman Sarayının qarşısında keçirilməsini təklif edib.



O, bir saat çəkən yürüş-mitinqdə azad və ədalətli seçki ilə bağlı şüarların səsləndirildiyini bildirir.



Ağcabədi Rayon İcra Hakimiyyətinin Şöbə müdiri Nazim Aslanov isə mitinqlə bağlı heç kimə təzyiq göstərilmədiyini deyir: «Buna heç ehtiyac da yoxdur. Cəmi 15-20 nəfərdirlər, nə qədər istəyirlər, o qədər də etiraz aksiyası keçirə bilərlər».
XS
SM
MD
LG