Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:15

«Üzeyir Hacıbəyovun əlyazmalarını oğurlayan beş il müddətinə azadlıqdan məhrum edilib»


Səs: Real audio
Prezident İlham Əliyev Azərbaycanda ipoteka kreditləri sisteminin yaradılması haqqında fərman imzalayıb «Üç nöqtə» qəzetindəki «Üzeyir Hacıbəyovun əlyazmaları muzeyə qaytarıldı» başlıqlı məqalədə Vüsal yazır ki, bir müddət əvvəl bu əlyazmaları oğurlayan şəxs məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib. Məqalədə bildirilir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rasim Qurbanovun sədrliyi ilə keçən prosesdə bu əməldə tqsirləndirilən Rüfət Xəlilov cəzasını ümumi rejimli koloniyada çəkməklə beş il müddətinə azadlıqdan məhrum edilib.



«Yeni Azərbaycan» qəzetindəki «Moldova ərazi bütövlüyünü bərpa edə biləcəkmi?» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, sentyabrın 26-27-də Odessada separatçı Dnestryanı qurum və Moldova xarici siyasət idarələri başçılarının görüşü olacaq. Görüş beştərəfli formatda keçiriləcək və Ukrayna prezidenti Viktor Yuşşenkonun nizamlama planına həsr olunacaq. Məqalədə bildirilir ki, «Viktor Yuşşenkonun yeddi addımı» adlanan plan həm prosesin iştirakçıları, həm də vasitəçilər tərəfindən dəstəklənir. Müəllif yazır ki, plan ATƏT-in nəzarəti altında Ukrayna hərbi kontingentinin Dnestryanı bölgəyə daxil olmasını nəzərdə tutur.



«Bakı-Xəbər» qəzetindəki «Azadlıq» bloku vəzifədən çıxmaq istəməyən namizədlərlə bağlı nə düşünür?» başlıqlı məqalədə Tofiq yazır ki, 10 gündür ki, seçki təbliğatının başlamasına baxmayaraq hələ də hakimiyyətin himayəsinə söykənən bir sıra namizədlər Seçki Məcəlləsinin tələblərini pozmaqdadırlar. Məqalədə bildirilir ki, qanunda aydın bildirilir ki, heç bir namizəd öz vəzifə səlahiyyətlərindən mövqeyini gücləndirmək üçün istifadə edə bilməz. Müəllif yazır ki, buna görə də namizəd qeydə alındıqdan maksimum üç gün müddətində tutduğu vəzifədən istefa verməlidir. Araşdırmalarsa göstərir ki, seçki dairələrinin 80 faizində hakimiyyət namizədləri hələ vəzifədən getməyiblər.
XS
SM
MD
LG