Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:50

Banklarda batan pullar...


Səs: Real audio
Prezident İlham Əliyev Azərbaycanda ipoteka kreditləri sisteminin yaradılması haqqında fərman imzalayıb "22 min yarım. Onda pul var idi. Mən apardım banka pul qoydum. Ondan sonra getdim onları çıxartmağa, dedilər ki, yoxdur".



Bunu SSRİ dağılanda bankda pulu batan deyir.



Bəzi hesablamalara görə, o vaxt banklarda 5 milyard 500 milyon rubl pul batıb.



"Bizim imkanımız yox idi ki, bu əmanatləri əhaliyə qaytaraq. Qərar qəbul etdim ki, gələn ildən əmanətlərin qaytarılmasına başlayaq. Biz buna başlayacağıq və Sovet dövründə əmanət kassalarında qalmış bütün əmanətlər yavaş-yavaş müəyyən olunmuş əmsalla qaytarılacaq".



Bunu isə prezidenti İlham Əliyev deyir.



Bəs bu əmsal neçə olacaq? Pul hansı qaydada qaytarılacaq? Bu suallara parlamentin iqtisadiyyat komissiyasının hazırladığı qanun layihəsi cavab verir.



Ancaq elə suallar da var ki, hələ də açıq qalır. Kommersiya banklarında, xeyriyyə təşkilatlarında batan pulların taleyi necə olacaq? Hökumət buna görə məsuliyyət daşıyırmı?



Müstəqilliyin ilk illərində banklarda təkcə pul batmadı. Pulların batmağı ilə qeyri-rəsmi statistikaya görə, təkcə dağılan ailələrin sayı 21 idi.



Batan əmanətlərin qaytarılmasında indiyə kimi bir nəticə olmasa da, bugünki söhbətimizin qonaqları bu problemin yoluna qoyulmasında xidmətləri olan şəxslərdir.



- Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov;



- Əmanətçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mehdi Məmmədov.



- Səttar bəy, qanun layihəsi yalnız dövlət əmanət bankında batan pullara aiddir. Elə bundan da başlayaq. Batan pul nə qədər idi? Əvəzində nə qədər qaytarılacaq? Və hansı qaydada qaytarılacaq?



Səttar Səfərov: Qanun yalnız dövlət əmanət banklarına aiddir. O, 1992-ci il yanvarın 1-dək dövlət əmanət banklarına qoyulmuş pulların bərpası və ödənilməsi haqqındadır. Birincisi, o şəxslərə ödənilir ki, onlar hazırda Azərbaycanda pasport qeydiyyatındadır. 1992-ci ildən sonra Azərbaycandan köçüb gedibsə, Azərbaycanda qeydiyyatda deyilsə, onlara şamil olunmur.



Bu qanunu biz çoxdan hazırlamışıq. Bəlkə də, on ilə yaxındır ki, bu qanun bizim əlimizdədir. Lakin indiyə qədər bu qanunun qəbul olunması üçün şərait yox idi. Azərbaycanın maliyyə potensialı imkan vermirdi ki, bu qanunu qəbul edəsən...



Məbləğ çox böyükdür. Yuvarlaq rəqəm desək, əmanət banklarında batan pullar üzrə borc 1.5-1.6 milyard dollara bərabərdir. Burada əlbəttə ki, dəqiqləşmə getməlidir. Kimlər pasport qeydiyyatından çıxıbsa, hesabı bağlanıbsa, onların adı silinməlidir. Bunu bir gündə, bir ildə ödəmək mümkün deyil. Buna büdcənin imkanı yoxdur... Amma dövlət bunu əsas götürür ki, yaşlı nəslin gözləmək imkanı yoxdur.



- Mehdi bəy, nə qədər ki, qanun qəbul olunmayıb, iradları bildirib qanuna təsir etmək olar. Siz bu qaydaları ədalətli sayırsınızmı?



Mehdi Məmmədov: Tək Sovet banklarında batan əmanətlərin qaytarılmasıyla kifayətlənmək bir o qədər də düz olmaz. Çünki Sovet banklarındakı əmanətlərini geri almağa başlayan adamlar həm də kommersiya banklarında batan pullarla maraqlanacaqlar. Necə deyərlər, domino nəzəriyyəsinə uyğun olaraq bu addımdan sonra ikinci addım gəlir. Və bu, cəmiyyətdə müəyyən gərginlik yarada bilər. Və bundan qaçmaq üçün yaxşı olardı ki, bu məsələyə də bir aydınlıq gətiriləydi. Heç olmasa deyilərdi ki, həmin banklarda batan pulların da taleyi ilə dövlət maraqlanır.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG