Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:43
Rubrikalar

Yeni dövlət qurumu təsis edildi


Səs: Real audio
Devid Hofman: «Tərəfdaşlarımızın fəaliyyətinə «PA Consulting Group» və ABŞ hökuməti ciddi nəzarət edəcək» - Sentyabrın 16-da Azərbaycanda yeni dövlət qurumu yaradılıb. Prezident İlham Əliyev Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam verib.



Sərəncamda qeyd olunur ki, yeni qurumun yaradılmasında məqsəd dövlətə məxsus idarə və müssisələrin özəlləşdirilməsində şəffaflığın təmin edilməsi, bu sahəyə əlavə sərmayələrin cəlb olunması, eləcə də özəlləşdiriləndən sonra yeni sahiblərin həmin müəssisələrə sərmayə qoyması üzərində dövlətin nəzarət mexanizminin yaradılmasıdır.



İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamentinin əsasında yaradılan yeni quruma Kərəm Həsənov rəhbər təyin edilib.



- Sentyabrın 16-a olan məlumata görə, Milli Bankda 1 dollar 4577 manat, 1 avro 5608 manat, 1 rubl isə 161 manatdır.



Azərbaycan hökuməti isə milli valyutanın ABŞ dollarına nəzərən məzənnəsini 1 dollar üçün 4500 manat səviyyəsində saxlamaq niyyətindədir. Bu barədə baş nazir Artur Rəsizadə bildirib. Onun sözlərinə görə, manatın möhkəmlənməsi gələn il də davam edəcək. Baş nazir deyib ki, manatın möhkəmlənməsi əhalinin milli valyutaya etibarını da möhkəmləndirəcək.
XS
SM
MD
LG