Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:23
Rubrikalar

Qadın voleybolçular arasında Avropa çempionatı başlanır


Səs: Real audio
Mahir Novruzov və Etimad Nəsibov 400 milyon manat dövlət əmlakını talamaqda şübhəli bilinirlər - Sentyabrın 17-də Xorvatiyada qadın voleybolçular arasında Avropa çempionatının startı verilir. 12 komanda iki qrupda mübarizə aparacaq. Hər qrupdan iki qalib yarımfinala çıxacaq. Azərbaycan yığması 1-ci qrupda yarışacaq. Rəqibləri isə Polşa, Almaniya, Xorvatiya, Rumıniya və Serbiya və Çernoqoriya yığmaları olacaq.



Voleybol Federasiyasının əməkdaşı Zöhrab Gözəlbəylinin verdiyi məlumata görə, Azərbaycan komandası ilk oyununu sentyabrın 17-də keçirəcək.



«İlk oyun Avropa çempionu Polşa yığmasına qarşı olacaq. Azərbaycan komandası çox yaxşı hazırlıq keçib və Xorvatiyaya qələbə üçün yollanıb».



- Sentyabırn 17-də Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Berlində "Qran Pri" yarışlarında çıxış edəcək. Bu, komandanın oktyabrın 3-də Bakıda startı veriləcək bədii gimnastika üzrə Dünya Çempionatı üçün son hazırlığı olacaq.



- Sentyabrın 17-də futbol üzrə Azərbaycan çempionatında 5-ci turun oyunları keçiriləcək. «Bakı» «Göyəzən»lə, «Olimpik» MOİK-lə, «Turan» «Araz»la, «Xəzər-Lənkəran» isə «Şahdağ-Samur»la qarşılaşacaq. Sentyabrın 18-də isə sempionatın daha 3 oyunu keçiriləcək. «Gənclər Birliyi» «İnter»lə, «Karvan» «Qarabağ»la, «Neftçi» isə «Gəncə» komandası ilə qarşılaşacaq.
XS
SM
MD
LG