Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:52

Henrix Böll Fondundan gənc alimlərə dəstək


Səs: Real audio
Ramin Tağıyevin vəkili ittihamı «gülünc» adlandırır Yeni tarix, sosiologiya və şəhərlərin davamlı inkişafı sahəsində regional proqram hazırlamaqla onu həyata da keçirə bilərsiz. Bunun üçün Almaniyanın Henrix Böll Fondunun Cənubi Qafqaz regional bürosunun təşkil etdiyi müsabiqədə qalib gəlmək lazımdır.



Proqramın əsas məqsədi Cənubi Qafqazda peşəkarların regional şəbəkəsinin formalaşdırılmasına kömək göstərməkdir. Müsabiqəyə yeni tarix, sosiologiya və şəhərlərin davamlı inkişafına dair təklif olunan mövzulardan biri əsasında işlənmiş layihə təqdim olunmalıdır.



Qalib gələnlərə öz layihələrini həyata keçirmək üçün 12 ay müddətinə ayda 200 avro həcmində pul ayrılacaq.



Müsabiqədə iştirak etmək istəyənlər ali təhsilli və biri rus dili olmaqla iki xarici dil bilməlidirlər. İştirakçının dissertant və ya elmi müəssisənin əməkdaşı olması mütləq şərt deyil. Sənədlər Cənubi Qafqaz bürosuna oktyabrın 25-dək çatdırılmalıdır. Sənədlərin siyahısına müsabiqə mövzusu, ərizə-anket, tərcümeyi-hal, seçilən mövzuya dair qısa inşa, iki zəmanət məktubu, ali təhsil haqqında diplom aiddir. Bu sənədlər rus dilində təqdim edilməlidir.
XS
SM
MD
LG