Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:09

«Rusiyanın müəyyən vasitələrlə seçkiyə müdaxiləsi yolverilməzdir»


Səs: Real audio
«Bu həmin Ruşaylodur ki, 2003-cü ilin prezident seçkisində həyata keçirilmiş total saxtakarlıqda prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə yanaşı onun da adı hallanırdı» «Yeni Azərbaycan» qəzetindəki «163-cü bəndin BMT Baş Assambleyasının gündəliyinə salınması Azərbaycanın böyük uğurudur» başlıqlı məqalədə Aqşin yazır ki, işğal olunmuş ərazilərdəki vəziyyətə dair 163-cü bənd BMT-də müzakirə olunub. Artıq rəsmi Yerevan danışıqlar prosesindən çıxacağını bəyan edib. Məqalədə bildirilir ki, ermənilərin bu bəyanatı revallığı əks etdirmir. Belə ki, həm Dağlıq Qarabağdakı vəziyyətin BMT səviyyəsində müzakirəsi, həm də Ermənistanın hərbi - siyasi və iqtisadi cəhətdən region dövlətlərindən asılılığı bunun qarşısını alır.



«Bakı-Xəbər» qəzetindəki «Azərbaycanda seçkiyə yenidən tuşlanmış Ruşaylo barmağı» başlıqlı məqalədə Razi Tağı yazır ki, MDB-nin Müşahidə Missiyasına qurumun icraçı katibi Vladimir Ruşaylo rəhbərlik edəcək: «Bu həmin Ruşaylodur ki, 2003-cü ilin prezident seçkisində həyata keçirilmiş total saxtakarlıqda prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə yanaşı onun da adı hallanırdı. O, prezident seçkisində Rusiyanın hazırladığı ssenarini həyata keçirib. Belə olan halda cənab Ruşaylonun rəhbərliyi altında parlament seçkisinin monitorinqinin aparılması nə dərəcədə məqsədəuyğundur?» Müəllif yazır ki, ekspertlər bu qənaətdədirlər ki, nəinki Ruşaylonun monitorinq aparması, ümumiyyətlə, rəsmi Moskvanın müəyyən vasitələrlə seçkiyə müdaxiləsi yolverilməzdir.



«525-ci qəzetdə» «Qarabağ münaqişəsi Yerevan-Moskva əlaqələrini də əngəlləyir» başlıqlı məqalədə Vüqar Orxan yazır ki, Ermənistanın Azərbaycanla nəqliyyat əlaqələrinin bağlı olması onun bir sıra xarici ölkələrlə ticarət dövriyyəsinə ciddi şəkildə təsir göstərir. Məqalədə bildirilir ki, Ermənistanın Rusiya və Mərkəzi Asiya respublikaları ilə əsas tranzit əlaqəsi də bu yollardan asılıdır. Müəllif yazır ki, ölkə rəhbərliyi Azərbaycan ərazisindən tranzit daşımalarını ciddi nəzarətə götürüb. Və bununla da Ermənistana hansısa tranzit yükün keçməsinin qarşısı alınıb. Təsadüfi deyil ki, Azərbaycanın bu addımı Ermənistanın 2005-il üzrə xarici ticarətində, ələlxüsus da Rusiya ilə mübadiləsində mənfi nəticələr doğurmağa başlayıb. Müəllif yazır ki, bu fakt Yerevanda işə başlayan Ermənistan-Rusiya forumunda da ətraflı müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG