Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:08

ABŞ müxalifətçi gənclərin həbsindən narahatdır


Səs: Real audio
ABŞ Dövlət Departamenti Azərbaycan xalqının azadlıqlarını təmin etməyə çağırır "Birləşmiş Ştatlar hökuməti Azərbaycanda daha bir müxalifətçi gənclər liderinin həbs olunmasından narahatdır. Biz "Yeni Fikir"in hər üç liderinə qarşı ittihamların ədalətli və qərəzsiz araşdırılacağını gözləyirik".



Bunu "Azadlıq" radiosuna müsahibəsində ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə sözcüsü Terri Devidson deyib.



Cənab Devidson AXCP-yə qarşı vüsət alanan kampaniyadan da narahat olduqlarını bildirir. Onun sözlərinə görə, Birləşmiş Ştatların Azərbaycandakı məqsədi azadlığın genişlənməsi vasitəsilə uzunmüddətli sabitliyin yaranması və təkamül yolu ilə demokratik dəyişiklikləyə nail olmaqdır.



"Biz Azərbaycan hökumətini parlament seçkilərinə hazırlaşan Azərbaycan xalqının azadlıqlarını təmin etməyə çağırırıq. Bu azadlıqlara sərbəst toplaşmaq azadlığı, mətbuata bərabər çıxış və təqibə məruz qalmama hüququ daxildir.



"Biz gözləyirik ki, beynəlxalq standartlara cavab verəcək seçkilər keçirmək istəyən Azərbaycan hökuməti partiyalara və siyasətçilərə qarşı əsassız hücumları pisləyəcək, siyasi partiyaların hamısına seçki kampaniyalarını keçirməyə icazə verəcək, təkamül yolu ilə demokratik dəyişikliyə can atan, tərəfsiz təşkilatlarla əməkdaşlıq edəcək".
XS
SM
MD
LG