Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:24

4 milyon 553 min 164 seçicinin adı İnternetdə yerləşdirilib


Səs: Real audio
Seçkilər İnformasyia Mərkəzinin rəhbəri İqbal Babayev: «Bu, son rəqəm deyil» 4 milyon 553 min 164 seçicinin adı İnternetdə yerləşdirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdindəki Seçkilər İnformasyia Mərkəzinin rəhbəri İqbal Babayev belə deyir. Onun sözlərinə görə, bu, son rəqəm deyil: «Qanuna görə, seçkilərə 35 gün qalmışadək dəqiqləşdirmələr aparılacağı üçün seçicilər haqda məlumat da dəyişə bilər».



Cənab Babayev deyir ki, vətəndaşların müəyyən hissəsinin daimi qeydiyyatı olmadığından dəqiq məlumat vermək çətindir.



İqbal Babayevin sözlərinə görə, seçici bazasının yaradılması MDB ölkələri arasında ilk dəfə Azərbaycanda tətbiq olunub.



MSK katibi Vidadi Mahmudlu isə bildirdi ki, seçici siyahılarının İnternetdə yerləşdirilməsi ictimai nəzarətin olması baxımından vacibdir. Onun sözlərinə görə, bu, hətta təkrar səsvermənin də qarşısını ala bilər.



İnternet səhifədə dairə və məntəqələrin ərazisi, ünvanı və ora getmək üçün istifadə olunan nəqliyyat haqda da məlumat yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG