Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:45

Bakı Yerevanın danışıqlardan çıxmaqla bağlı bəyanatına cavab verdi<p align=`left`><br><br>


Səs: Real audio
Tahir Tağızadə: «Hədə-qorxunu bir qayda olaraq arqumenti olmayan tərəf edir» «Birinci dəfə deyil ki, biz belə bir mövqeylə rastlaşırıq. Məyusedici hal odur ki, bu bəyanat «Praqa prosesi»nin müsbət inkişaf etdiyi bir vaxtda və iki ölkə prezidentinin Kazan görüşünü pozitiv dəyərləndirməsindən dərhal sonra baş verir».



Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə «Azadlıq» radiosuna Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlardan çıxmaqla bağlı bəyanatını şərh edərkən belə deyib. O, «hədə-qorxunu bir qayda olaraq arqumenti olmayan tərəf edir»- deyə, vurğulayıb.



Azərbaycanın BMT Baş Assambleyasının toplantısında işğal olunmuş əraziləriylə bağlı məsələ qaldırması Ermənistanın danışıqlardan çıxmaqla bağlı bəyanat verməsilə nəticələnib.



Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Qamlet Qasparyan deyib ki, Azərbaycanın bu addımı tərəflər arasındakı razılığı poza bilər. Onun sözlərinə görə, rəsmi Bakı xəbərdarlığı nəzərə almasa, Dağlıq Qarabağla birbaşa danışıqlar aparmalı olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG