Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:38
Rubrikalar

Bakıda əmək yarmarkası keçiriləcək


Səs: Real audio
II Aleksi «Ümid edirik ki, on ildən bəri davam edən münaqişə özünün siyasi həllini tapacaq» - Prezident İlham Əliyev bölgələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsiylə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.



Sərəncam Astara, Lerik, Masallı və Yardımlı rayonlarını əhatə edir. Sənəddə cənub bölgəsinin qaz xətti olmayan rayonlarının qazlaşdırılması, rayondaxili yolların tikintisi, Masallı-Yardımlı yolunun müasir tələblərə uyğun yenidən çəkilməsi və başqa tədbirlər nəzərdə tutulub.



- Oktyabrın 14-15-də Bakıda – Əl Oyunları İdman Sarayında əmək yarmarkası keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin müəssisə və təşkilatlarına müraciət edib ki, boş iş yerləri barədə məlumatları Baş Məşğulluq İdarəsinə təqdim etsinlər. Rəsmi statistikaya görə, Azərbaycanda 60 min nəfərə yaxın insanın işsiz statusu var.



- Azərbaycanla Bolqarıstan arasında ikiqat vergitutma ləğv edilə bilər. Prezident İlham Əliyevin yaxın vaxtlarda Bolqarıstana gözlənilən səfəri zamanı bununla bağlı sənədin imzalanması nəzərdə tutulub. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib. İmzalanması gözlənilən başqa bir sənəd isə turizm sahəsində əməkdaşlığa dairdir.



- Və sonda valyuta məzənnələri. Sentyabrın 15-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 577, 1 avro 5 594, 1 rubl isə 161 manatdır.
XS
SM
MD
LG