Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:28

Dini liderlər birgə bəyannamə imzaladılar


Səs: Real audio
II Aleksi «Ümid edirik ki, on ildən bəri davam edən münaqişə özünün siyasi həllini tapacaq» “Biz bu gün bir daha bəyan edirik ki, Qafqazın və digər regionların xoşbəxt gələcəyinə gedən yeganə yol mehriban qonşuluq, millətlərarası qarşılıqlı əlaqə, separatçı və təcavüzkar siyasətdən imtina və istisnasız olaraq ərazi bütövlüyünün saxlanmasından keçir”.



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə Azərbaycanda səfərdə olan Rusiyanın patriarxı II Aleksi arasında sentyabrın 15-də imzalanan birgə bəyannamədə belə deyilir. Oxşar sənədlərin əvvəlki görüşlərdə də imzalandığını deyən Hacı Allahşükür Paşazadə, iki ölkəni təmsil edən din xadimlərinin sənəddə qeyd olunan problemlərin həllinə çalışdığını deyir.



Dağlıq Qarabağ münaqişəsi zamanı yaxınlarını itirən insanların dərdinə şərik çıxdığını deyən II Aleksi isə tezliklə problemə son qoyulacağına ümid edir: «Biz ümid edirik ki, on ildən bəri davam edən münaqişə özünün siyasi həllini tapacaq».



Tədbirin sonunda dini liderlər bir-birinə müxtəlif hədiyyələr verdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG