Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

Qalmaqallı sorğunu GORBI aparıb<p align=`left`><br><br>


Səs: Real audio
«İnsan, ailə, cəmiyyət, 21-ci əsr» Fonduna daxil olan "Sorğu" Mərkəzinin rəhbəri Tatyana Sulina sorğunu GORBI-nin sifarişi ilə keçirdiklərini deyir Aparılan araşdırmalar ABŞ-dakı «Gallup Organization» və İsveçrədə geydiyyatdan keçmiş «Gallap International»ın Azərbaycanda birbaşa sorğu aparmadığını göstərir.



«Gallup İnternational»ın London ofisindən bildirirlər ki, Gürcüstandakı tərəfdaşları GORBI-nin (Georgian Opinion Research Business International) bu barədə sorğu aparması mümkündür.



GORBI-nin direktoru Merab Paçuliyanın «Azadlıq» radiosuna dediyinə görə, bu sorğu təşkilatın təşəbbüsü olub: «Bizim təşəbbüsümüz idi və biz bu sorğunu Ermənistan, Azərbaycan və Gürcüstandakı tərəfdaşlarımızın əliylə keçirdik».



Azərbaycanda bu sorğunu «Gallup International» yox, onun partnyoru olan GORBI-nin yerli tərəfdaşı aparıb. GORBI-nin direktoru Azərbaycanda tərəfdaşlıq etdiyi firmanın adını da çəkir: «Sorğu» Mərkəzi.



«İnsan, ailə, cəmiyyət, 21-ci əsr» Fonduna daxil olan "Sorğu" Mərkəzinin rəhbəri Tatyana Sulina «Azadlıq» radiosuna müsahibəsində həmin sorğunu GORBI-nin sifarişi ilə keçirdiklərini deyir: «Biz sorğunu GORBI-nin sifarişi ilə aparmışıq".



Xanım Sulina «Gallup International» və ya «Gallup Organization»ın bu sorğunun sifarişçisi olub-olmaması haqqında onlarda heç bir məlumat olmadığını, yalnız GORBI ilə bu məsələdə əməkdaşlıq etdiklərini söyləyir.



"Sorğu" Mərkəzi və «İnsan, ailə, cəmiyyət, 21-ci əsr» Fondu heç bir «Gallup»ın üzvü deyil.



Bəs həmin sorğunun «Gallup International»a dəxli varmı?



GORBI-nin direktoru Merab Paçuliya bunun «Gallup International»ın sorğusu kimi qələmə verilməsinə təəssüfləndiyini bildirir: «Azərbaycan mediası və digərləri «Gallup International»ın adını çəkdilər, ancaq GORBI barədə heç nə demədilər. Onlar sadəcə, GORBI-ni unudublar. Çünki «Gallup International» təbii olaraq böyük bir brenddir».



Cənab Paçuliya «Gallup»ın bu sorğunu keçirmədiyini deyir: «Amma sorğunu keçirən GORBI-nin «Gallup International»ın üzvü olduğunu da qeyd etmək lazımdır».



Bu ilin yazında Azərbaycanın bir sıra media orqanları Birləşmiş Ştatlardakı «Gallup» təşkilatının Güney Qafqaz ölkələrində əhalinin liderlərə münasibətini oyrənmək üçün sorğu keçirməsi barədə məlumat yayıb. Məlumatda Azərbaycan əhalisinin 77 faizinin prezident İlham Əliyevi dəstəklədiyi bildirilirdi.



ABŞ-dakı «Gallup Organization»ın brenddən istifadə üzrə meneceri Kristofer Stüart da «Azadlıq»a verdiyi müsahibədə Azərbaycanda heç bir sorğu keçirmədiklərini deyib.



Kristofer Stüartın «Azadlıq» radiosuna müsahibəsi:

www.azadses.org/news/az/archives/2005/09/14.ASP#354385



GORBI haqqında daha ətraflı: www.gorbi.com

Günün bütün mövzuları

XS
SM
MD
LG