Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:01

Naxçıvanda ata və oğulda qarayara xəstəliyi aşkarlanıb


Səs: Real audio
Səhiyyə naziri Əli İnsanov isə qarayara və vəba xəstəliklərinin yayılmasıyla bağlı məlumatları təkzib edir Azərbaycanda qarayara və vəba xəstəliklərinin yayılmasıyla bağlı məlumatlar həqiqətə uyğun deyil. Səhiyyə naziri Əli İnsanov “Azadlıq” radiosuna verdiyi müsahibədə belə deyir.



O, nazirliyə ölkədə bu xəstəliyin olmasıyla bağlı hər hansı məlumatın daxil olmadığını deyir.



«Azadlıq» radiosunun Naxçıvanda işləyən əməkdaşının verdiyi xəbərə görə isə Babək rayonunun Şıxmahmud kənd sakinləri olan iki nəfərdə - ata və oğul Qərib və Azər Abdullayevlərdə qarayara xəstəliyi aşkarlanıb. Məlumatı Muxtar Respublika Mərkəzi Xəstəxanasının Yolxucu Xəstəliklər Şöbəsindən də təsdiqləyiblər.



Bir neçə gün əvvəlsə Gəncə Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edən Samux rayon sakininin də qarayara xəxstəliyinə yoluxduğu aşkarlanıb. «Azadlıq»ın Gəncə əməkdaşının verdiyi məlumata görə, bu hadisədən sonra şəhərdə bir ay müddətində karantin elan edilib. Hazırda Gəncəyə gətirilən ət məhsulları ciddi yoxlanır. Həmçinin Gəncə və Samuxda heyvanlara qarayara xəstəliyinə qarşı peyvənd vurlmasına başlanıb.
XS
SM
MD
LG