Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:26

Mats Lindberq: «Tövsiyələr yerinə yetirilənə qədər qüvvədə qalacaq»<p align=`left`><br><br>


Səs: Real audio
Xarici İşlər Nazirliyinın rəsmisi bu fikirdədir Noyabrda keçiriləcək parlament seçkisini Avropa Şurasından 40 nümayəndə müşahidə edəcək. Oktyabrın 10-da isə seçkiqabağı vəziyyəti öyrənmək üçün qurumun xüsusi qrupunun Bakıya səfəri olacaq.



Bunu Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Mats Lindberq deyir. Onun sözlərinə görə, Venesiya Komissiyasının Seçki Məcəlləsinə tövsiyələri yerinə yetirilənə qədər qüvvədə qalacaq.



Cənab Lindberq Mərkəzi Seçki Komissiyasının Xankəndi seçki dairəsində seçici siyahılarının hazırlanmasında köməklik üçün Avropa Şurasına müraciət etdiyini, ancaq gec olduğundan hər hansı yardım göstərilməsinin mümkün olmadığını bildirir.



O, seçkidə bir neçə təşkilatın «exit –poll» keçirməsinə toxunaraq «Əgər nəticələr bir-birindən həddən artıq fərqlənsə, deməli, sorğu düzgün keçirilməyib» - deyir.
XS
SM
MD
LG