Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:13

«Seçki saxtakarlığı məmurların bank hesablarını təhlükə altında qoyacaq»


Səs: Real audio
Xarici İşlər Nazirliyinın rəsmisi bu fikirdədir «Yeni Azərbaycan» qəzetindəki «Ermənistan Qazaxıstanın ATƏT-ə sədrliyinin əleyhinə çıxır» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, Kazan sammitində bu məsələ ilə bağlı müzakirələrdə rəsmi Yerevan fərqli mövqe nümayiş etdirib. Məqalədə bildirilir ki, Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqe Ermənistanın ürəyincə deyil. Ümumiyyətlə, münaqişənin həllində bitərəf olmayan ölkənin ATƏT-ə sədrlik etməsi Ermənistanın maraqlarına cavab vermir. Bu ölkənin Xarici İşlər naziri Vardan Oskanyan «Qazaxıstanın münaqişədə tutduğu siyasi mövqe obyektiv və neytral sayıla bilməz» - deyib.



«Bakı-Xəbər» qəzetindəki «Seçki saxtakarlığı məmurların bank hesablarını təhlükə altında qoyacaq» başlıqlı məqalədə Vüsal yazır ki, maliyyə kəşfiyyatçıları yüksəkçinli şəxslərin hesablarının dondurulmasını istisna etmirlər. Onların sözlərinə görə, beynəlxalq qurumların Seçki Məcəlləsi ilə bağlı tövsiyələrinin yerinə yetirilməməsi və parlament seçkisində baş verəcək saxtakarlıq məmurların xarici banklardakı bank hesablarına real təhlükə yarada bilər. Belə ki, artıq ABŞ və Avropa ölkələri Ukraynanın keçmiş iqtidarı və eləcə də Əndican qətliamını törətmiş Kərimov hakimiyyətinə qarşı analoji addım atıblar.
XS
SM
MD
LG