Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:54

131 mindən artıq şagird ilk dəfə məktəbə gedəcək


Səs: Real audio
Onlar «Azadlıq» seçki blokunun təşkil etdiyi konfransa qatılacaqlar Sentyabrın 15-də 131 mindən artıq şagird ilk dəfə məktəbə gedəcək. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə belə deyir.



- Bu il təxminən 1 milyon 700 minə yaxın şagirdin ölkəmizin orta ümumtəhsil məktəblərində tədrisə başlaması gözlənilir. Bu il eyni zamanda 131 min 201 şagirdin birinci sinfə qəbul olunması proqnozlaşdırılır.



Bayram Hüseynzadənin sözlərinə görə, şagirdlərə pulsuz paylanacaq dərsliklər də artıq məktəblərə çatdırılıb.



Sentyabrın 14-də isə texnikumlara qəbul imtahanlarının nəticələri də çıxıb. Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalında dərc olunub.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hikmət Kazımovun sözlərinə görə, qəbul olan abituriyentlər sentyabrın 20-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Dərslər isə texnikumlarda da sentyabrın 15-dən başlayır.
XS
SM
MD
LG