Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:21

"Pora"nın funksionerləri Bakıya gəlir


Səs: Real audio
Onlar «Azadlıq» seçki blokunun təşkil etdiyi konfransa qatılacaqlar Ukraynanın "Pora" Partiyasının bir neçə təmsilçisi Bakıya gəlir. Onlar «Azadlıq» seçki blokunun sentyabrın 16-17-i keçiriləcək konfransında iştirak etmək üçün dəvət alıblar.



"Pora"nın Siyasi Şurasının üzvü Serqey Yevtuşenko «Azadlıq» radiosuna verdiyi açıqlamada belə deyir: «Bu, demokratik proseslərə həsr olunmuş bir konfransdır. Tədbirdə Belarusdan da nümayəndələr iştirak edəcəklər».



Müsavat Partiyası başqanının Mətbuat Məsələləri üzrə müavini Mehman Cavadoğlu deyir ki, konfransı təmsil etdiyi qurum və Belarus Xalq Cəbhəsi təşkil edib: «Tədbir post-sovet ölkələrinin ikinci demokratikləşmə mərhələsinə həsr edilib».



Cənab Cavadoğlu bildirir ki, ölkənin demokratik ictimaiyyəti, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının nümayəndələri də tədbirdə iştirak edəcəklər.



"Pora"nın bir neçə funksioneri bu il avqustun əvvəllərində də Bakıda olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG