Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:35

Milli standartlar hazırlanıb


Səs: Real audio
Bankın hesabatında 12 qabaqcıl islahatçı ölkə sırasında Gürcüstan ikinci yeri tutur Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun alimləri informasiya texnologiyaları sahəsində milli standartların işlənməsi, onun təhlükəsizliyinin təminatı üçün standartlar hazırladıqlarını deyirlər.



Bu standartlar milli maraqların qorunmasına, yerli istehsalçıların məhsullarının beynəlxalq bazarda rəqabət qabiliyyətinin təmin edilməsinə imkan verir. Bu standarların digər effektləri barədə məlumatı İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Yadigar İmamverdiyevdən eşidək.



- Standartlar adətən beynəlxalq, milli və sahə standartları olur. Bunlar əsas etibarilə məhsulun keyfiyyət xarakteristikalarını müəyyən edən və beynəlxalq ticarətdə tətbiq edilən sənədlərdir. Standartların bundan əlavə başqa bir funksiyası da müxtəlif istehsalçıların istehsal etdiyi malların bir-birinə uyğunlaşdırılmasıdır. Məsələn, bir standartda hazırlanmış telefon digər standart üzrə hazırlanmış rabitə sistemində işləyə bilmir. Vahid standart bu kimi çətinlikləri aradan qaldırmağa xidmət edir.



- Yadigar müəllim, bəs bu standartların iqtisadi effekti nədədir?



- İqtisadi effekti odur ki, məhsul daha geniş satış bazarı əldə edə bilər. Bizim məhsulların digər istehsalçılar tərəfindən qiymətləndirilməsinə, tanınmasına yardım edə bilər.



- Hazırda bu standartların ölkə miqyasında geniş tətbiqi mümkündürmü?



- "Azərbaycan Respublikası Elektron İmza və Elektron Sənəd haqqında" qanuna görə, dövlət orqanlarında istifadə olunan elektron imza vasitələri məcburi sertifikatlaşmadan keçirilməlidir. Başqa cür desək, mövcud standartların tələblərə nə dərəcədə cavab verməsi uyğun dövlət orqanları tərəfindən təsdiqlənməlidir. Yaxınlarda bizdə sertifikat xidmətləri mərkəzləri açılacaq və onlar təsdiq olunmuş standartlar əsasında fəaliyyət göstərəcəklər. Yaxın gələcəkdə bizim hər birimiz də digər dövlətlərdə olduğu kimi elektron identifikatora, elektron ID kartlara malik olacağıq.
XS
SM
MD
LG