Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:48

Uorren Mitofski: "İşimin şübhə altına alınmasını istəmirəm"


Səs: Real audio
Bankın hesabatında 12 qabaqcıl islahatçı ölkə sırasında Gürcüstan ikinci yeri tutur "Mitofsky International" şirkətinin prezidenti ilə müsahibə



Azərbaycanda parlament seçkilərində "eksit pol" keçirəcək – səs verib çıxanların kimə səs verdiyini öyrənəcək beynəlxalq şirkətlərin sayı 3-ə çatdı. Amerikanın "PA Government Service" və Estoniyanın “Saar pol” şirkətlərindən sonra bu 3-cü şirkət Amerikanın "Mitofsky İnternational" şirkətidir.



O, Filippində, Tayvanda, Rusiyada və başqa ölkələrdə "eksit pol"ar keçirib və Amerikada dəqiqliyi ilə tanınır.



Azərbaycanda "eksit pol" keçirməyə bu şirkəti kim seçib? Məsələn "PA" şirkətini Amerikanın USAID təşkilatı seçmişdi. "Mitofsky International" hansı metodoligiya ilə işləyir? Bu suallara şirkətin prezidenti və yaradıcısı Uorren Mitofski cavab verir.



- Cənab Mitofski, birinci sualımız belə olacaq ki, "Mitofsky International" şirkətini Azərbaycanda cəlb edən nədir? Və burada sorğunu kimin dəvəti ilə keçirmək istəyirsiz?



- Azərbaycanda məni yeni demokratiya maraqlandırır. Mən bura «Renesans» təşkilatının dəvəti ilə gəlmişəm. Onlar məndən Azərbaycandakı seçkilərlə bağlı «eksit pol» keçirməyimi xahiş etdilər. «Renesans» bir İsveçrə təşkilatıdır. Onlar bilmək istəyirlər ki, Azərbaycanda kimlər parlamentə seçiləcəklər, əhali kimləri müdafiə edir. Bu assosiasiya elmə, təhsilə, mediaya aid müxtəlif təşkilatları özündə birləşdirir.



- "Mitofsky International" Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə əməkdaşlıq etmək niyyətindədir. Azərbaycandakı siyasi dairələrdə bir qisim insanlar hesab edirlər ki, bu təşkilat hakimiyyətə yaxınlığı ilə seçilir. O baxımdan soruşmaq istərdik ki, niyə məhz bu təşkilatla əməkdaşlığa üstünlük verildi? Bu təsadüfdür, yoxsa bunun bir səbəbi var?



- Azərbaycanda «eksit-pol» keçiriləcəyini mən ilk dəfə rus həmkarım Vladimir Andrenkovdan eşitmişəm. Onunla mən Rusiyada 1993-cü ildən bəri bütün seçkilərdə «eksit pol»lar keçirmişik. Və Vladimir Andrenkov Azərbaycanda məni bir sıra təşkilatlarla tanış etdi... [Onlarla] bağlı mənə məlumatları Vladimir Andrenkov verib. O, çox gözəl həmkardır.



- Siz mətbuata bildirmisiniz ki, "eksit pol"un nəticələri sorğuda iştirak edənlərlə sorğunu aparanların münasibətlərindən asılı olacaq. Onda belə çıxmırmı ki, "eksit pol"da siyasi maraqlar özünü göstərə bilər?



- Bu mənim üçün yeni bir xəbərdir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası sorğunun hamısını keçirməyəcək, bir həssəsini keçirəcək. Mənim işlədiyim ölkələrdə əməkdaşlıq etdiyim təşkilatların heç biri hakimiyyətlə yaxın olmayıb. Sosial və Marketinq Araşdırmaları Mərkəzi [SIAR] bizim Azərbaycanda əməkdaşlıq etdiyimiz iki təşkilatın monitorinqini aparacaq.



- Siz dünən mətbuata açıqlamanızda bildirdiniz ki, bir çox ölkələrdə, o cümlədən Ukraynada keçirilən "eksit pol"ların nəticəsi Sizi qane etmir. Və bunu da onunla izah etdiniz ki, onlar elmi əsaslara söykənmir. Sizin texnologiya ilə onların texnologiyasında nə kimi fərq var?



- Ukraynada keçirilən prezident seçkilərindən iki gün əvvəl «eksit pol» keçirilmişdi. Və mən rusiyalı həmkarlarımdan xahiş etdim ki, gedib orda nə baş verdiyini öyrənsinlər. Və məndə onların keçirdiyi sorğuların nümunələri var idi. Bu, bütün məntəqələri əhatə etmirdi. Bizim istifadə etdiyimiz elmi texnologiyadır. «Eksit pol»un yaxşı alınması üçün bütün məntəqələrin əhatə edilməsi çox vacibdir.



- Cənab Mitofski, Amerika hökumətinin dəvəti ilə Azərbaycanda "eksit pol" keçirəcək "PA Government Service" şirkəti haqqında da fikrinizi bilmə
XS
SM
MD
LG