Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:20

Dollar hər gün 10 manat ucuzlaşır


Səs: Real audio
Bankın hesabatında 12 qabaqcıl islahatçı ölkə sırasında Gürcüstan ikinci yeri tutur Bakıdakı bir neçə valyutadəyişmə məntəqəsinin əməkdaşlarıyla apardığımız söhbətdən məlum oldu ki, Azərbaycanda dollar hər gün təxminən 10 manat ucuzlaşır.



Paytaxtdakı valyutadəyişmə məntəqələrindən birində çalışan Samir Əliyev deyir ki, belə getsə, ilin sonuna qədər 1 dollar 4 min manata bərabər olacaq.



Həmsöhbətimiz hesab edir ki, dolların ucuzlaşmasından daha çox ziyan çəkən dollarla maaş alanlardır. Onun sözlərinə görə, təxminən üç ay əvvəl 100 dolları 4 900 manata dəyişənlər indi hər 100 dollarda 35 min manat itirirlər.



Vətəndaşların bəzisi isə dolların ucuzlaşmasını müsbət qiymətləndirir. Bakıdakı 169 saylı orta məktəbin tarix müəllimi Vahid Məmmədov:



"Nə qədər bizim pulumuzun çəkisi artsa, o qədər yaxşıdır. Biz dollarla işləmirik ki, əsasən öz pulumuzdan istifadə edirik".



Amma valyutadəyişmə məntəqəsinin əməkdaşı Samir Əliyev burda hələ ki müsbət bir şey görmür. Belə ki, dollar üç ay bundan əvvəl ucuzlaşmağa başlasa da, ərzaq məhsullarının qiymətində heç bir dəyişiklik olmayıb:



"Məsələn "Kent" siqaretinin bir qutusu 5 min manatdır. Dollar düşübsə, deməli, bu siqaret də düşməlidir. Amma siqaret həmənki qiymətində qalır".



Dolların ucuzlaşması valyutadəyişmə məntəqələrinin işində də xeyli problemlər yaradıb:



"Camaat dollar almır, dolları manata çevirir. Səhər bir qiymətə alırsan, axşam da aldığından aşağı satırsan. Heç xeyir qalmır, ancaq ziyan olur".



Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədr müavini Əli Əlirzayev hesab edir ki, dolların ucuzlaşması hansısa süni priosesin nəticəsi yox, dollar kütləsinin çoxluğu ilə bağıdır.



İqtisadçı Qubad İbadoğlu isə deyir ki, indi dolların ucuzlaşmasından ən çox ziyan çəkən xarici ölkələrdən göndərilən pul hesabına dolanan ailələrdir:



"Təbii ki, xaricdə işləyənlər Azərbaycana [ailələrinə] manat göndərmirlər. Azərbaycana göndərdikləri valyuta, əsasən də dollardır. Bu baxımdan, onların göndərdikləri pulla Azərbaycan bazarında alıcılıq qabiliyyəti aşağı düşür və bu da insanların sosial vəziyyətinin pisləşməsinə təsir göstərir ".



Dolların ucuzlaşmasının ərzaq məhsullarının qiymətinə göstərə biləcəyi təsirə gəldikdə, iqtisadçı hesab edir ki, həmin məhsulların böyük hissəsi Azərbaycanda istehsal olunduğundan, bu ucuzlaşmanın ərzaq bazarına elə bir ciddi təsiri olmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG