Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:52
Rubrikalar

Vergi sistemi təkmilləşdiriləcək


Səs: Real audio
Bankın hesabatında 12 qabaqcıl islahatçı ölkə sırasında Gürcüstan ikinci yeri tutur - Vergilərin yığılması işi 2 ilə beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Prezident İlham Əliyevin təsdiq etdiyi «Vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» dövlət proqramında belə yazılıb. Proqrama görə, vergi dələduzluğu və vergidən yayınma hallarına qarşı mübarizə də gücləndirilməlidir.



- Yaponiya hökuməti yaxın illərdə Gəncədəki 1 saylı Uşaq Evinin yenidən qurulması üçün 92 milyon dollar ayırıb. Bununla bağlı sentyabrın 13-də Yaponiya hökuməti ilə layihəni icra edəcək «Labirint» qeyri-hökumət təşkilatı arasında saziş bağlanıb.



- Bakıda isə paytaxtın qaz idarəsi öz əməkdaşlarına əhalidən qaz pulunu yığmağa icazə verib. Ancaq Bakı əhalisi qaz pulunu əvvəlkitək «Azərpoçt» şöbələrində və müvafiq banklarda da ödəyə bilər. İdarə xəbərdarlıq edib ki, abonentlər qaz pulu yığanlardan ödənişin dəqiq məbləği yazılan qəbz tələb etməlidirlər.



- Dünya bazarlarında Azərbaycan neftinin qiyməti son bir həftədə təxminən 3 dollar aşağı düşüb. İndi «Azərilayt» markalı neftin 1 barreli 62 dollar, Rusiya nefti ilə qarışdırılan «Ural» markalı neftin 1 barreli isə 55 dollardır.



- Azərbaycanda isə dolların məzənnəsi düşməkdə davam edir. Sentyabrın 13-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4581 manatdır. 1 avro 5 634, 1 rubl isə 161 manatdır.
XS
SM
MD
LG