Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:33

Dünya Bankı Azərbaycanda biznes mühitindən narazıdır


Səs: Real audio
Bankın hesabatında 12 qabaqcıl islahatçı ölkə sırasında Gürcüstan ikinci yeri tutur Azərbaycan qanunvericiliynə görə, yeni biznesə başlamaq üçün 115 gün lazımdır. Gürcüstanda isə bu, 21 günə başa gəlir.



Dünya Bankının (DB) 155 ölkədə biznes mühitini əks etdirən illik hesabatından bu qənaətə gəlmək olar.



Müxtəlif ölkələrdə həmin mühit altı kriteritya üzrə qiymətləndirilib - iş görməyin asanlığı, biznesə başlamaq, lisenziya almaq, işə götürmə və işdən çıxarma, mülkiyyətin qeydə alınması, kredit almaq. Azərbaycanın müvafiq göstəriciləri elə də ürəkaçan deyil. Məsələn, biznes mühitinin asanlığı göstəricisinə görə, Azərbaycanın indeksi 98-dir. Bu sahədə 1-ci yeri Yeni Zelandiya tutur.



Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədr müavini Əli Əlirzayev DB-nin hesabatında göstərilənlərin reallığı tam əks etdirmədiyini deyir və bunu müvafiq statistikanın natamam olmasıyla izah edir. O, son illər Azərbaycanda biznes mühitinin yaxşılaşdığını desə də, bu sahədə islahatların da labüd olduğunu bildirir.



İqtisadi Tədqiqatlar Mərkəzindən Azər Mehtiyev isə DB-nin altı ay bundan əvvəlki hesabatında Azərbaycanın vəziyyətinin daha pis olduğunu, biznes indeksinin 100-ü keçdiyini deyir. Cənab Mehtiyevə görə, Azərbaycanda biznes mühitinin ağır olmasının əsas səbəbi budur ki, iqtisadi fəaliyyət sahələri məmurların əlində cəmləşib.



Hesabatda xüsusilə Gürcüstanda həyata keçirilən islahatlar alqışlanır. 12 qabaqcıl islahatçı ölkə sırasında Gürcüstan ikinci yeri tutur.



Sənəddə qeyd olunur ki, münaqişəli zonaların hökumətləri daha çox iş yeri yaratmalıdırlar: «Çünki sülhün davamlılığı minlərlə qaçqın və keçmiş döyüşçüyə şərait yaratmaqdan asılıdır» - deyə, sənəddə vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG