Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:25

Zaqatalada etiraz aksiyası keçirənlər buraxıldılar


Səs: Real audio
O, Şeyxülislam Hacı Allahşükür Paşazadəni təbrik edəcək Sentyabrın 8-də Zaqatala Rayon Məhkəməsində bu ilin aprelində Əliabad kəndində baş vermiş etiraz aksiyalarının təşkilatçılığında ittiham olunan altı nəfər barədə hökm çıxarılıb. Haqqında həbs-qəti imkan tədbiri seçilmiş iki nəfər azadlığa buraxılıb, dörd nəfərsə icbari cəza alıb.



Zaqatala Rayon Məhkəməsinin hakimi Qələndər Abbasov: «Hadisənin iştirakçıları Rəhim Orucov və Cavad Şabanov məhkəmədən azadlığa buraxıldı. Fazil Cumayevə il yarım, İnza İsmayılova, Sevda Surxayeva və Həlimət Həsənovaya isə bir il icbari iş verildi».



Hadisələrin təşkilatçılığında günahlandırılan Rəhim Orucov təqsirsiz olduğunu bildirir: «Biz qayda-qanun istəyirdik. Etnik problem ortaya atmaq istədilər, dedilər, guya burda ingiloylar «məxməri inqilab» etmək istəyirlər. Əsassız ittihamlar idi. Biz öz dövlətçiliyimizə həmişə sadiq qalmışıq».



Bu şəxslər bu ilin aprelin 2-dən 6-dək Əliabad kənd icra nümayəndəliyində çalışanların istefası tələbi ilə etiraz aksiyası keçirmişdilər. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etməkdə ittiham olunurdular.

Günün bütün mövzuları

XS
SM
MD
LG