Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:47
Rubrikalar

Taekvandoçular Bakıya əlidolu dönüblər


Səs: Real audio
O, Şeyxülislam Hacı Allahşükür Paşazadəni təbrik edəcək - Sentyabrın 14-də Serbiya və Çernoqoriyada 10-18 yaşlı şahmatçılar arasında Avropa çempionatının startı verilir. Çempionat İsveçrə sistemi ilə keçiriləcək və 9 turdan ibarət olacaq. Turnirdə Azərbaycan 4 yaş qrupunda 18 şahmatçı ilə təmsil olunacaq.



- MDB ölkələri idmançılarının 5-ci beynəlxalq idman oyunlarının Bakıda keçirilməsi ilə bağlı sentyabrın 13-də qərar verilib. Qərara görə, turnir sentyabrın 24-dən 27-dək olacaq. Gənclər, İdman və Turizm Nazirliyinin əməkdaşı Raqif Abbasovun verdiyi məlumata görə, artıq təşkilati məsələlər həll edilib.



«Artıq məlumdur ki, 10 ölkənin 600 idmançısı iştirak edəcək. Oyunlarda çıxış edəcək Azərbaycan idmançılarının son say tərkibi müəyyənləşdirilir. Yarışlar voleybol, atletika, mini-futbol, stolüstü tennis, basketbol və başqa idman növləri üzrə keçiriləcək».



- Seulda taekvando üzrə açıq Koreya çempionatı başa çatıb. Turnirdə 33 ölkədən 600 idmançı mübarizə aparıb. Azərbaycan yığma komandası 19 taekvandoçu ilə çıxış edib.



Zahid Məmmədov (54 kq) ancaq finalda məğlub olaraq gümüş medal qazanıb. Fəqan Umudov (72 kq), Fuad Nuriyev və Rəşad Əhmədov (orta və orta ağır çəki) bürünc medalların sahibi olub.



- İtaliyanın Palermo şəhərində yeniyetmə taekvandoçular arasında isə Avropa birinciliyi sona çatıb. 15 idmançı ilə təmsil olunan Azərbaycan yığması uğurlu çıxış edərək 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Komanda hesabında isə Azərbaycan 30 ölkə arasında birinci olub.
XS
SM
MD
LG