Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:57

Rusiya patriarxı II Aleksi Bakıya gəlir<p align=`left`><br><br>


Səs: Real audio
O, Şeyxülislam Hacı Allahşükür Paşazadəni təbrik edəcək Sentyabrın 14-15-də Rusiya patriarxı II Aleksi Azərbaycana gələcək. O, Bakıya prezident İlham Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin dəvətilə gəlir.



QMİ Mətbuat Xidmətinin rəhbəri Hacı Akif Ağayevin sözlərinə görə, səfərdə əsas məqsəd A.Paşazadənin bu vəzifəni tutmasının 25 illiyi münasibətilə təbrik etməkdir. Danışıqlar zamanı iki din arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələsi də müzakirə olunacaq.



Bu, II Aleksinin Azərbaycana ikinci səfəridir. İlk dəfə o Bakıda 2001-ci ildə olub.



Roma Papası 16-ci Benidikt Şeyxülislam Hacı Allahşükür Paşazadəni qızıl medalla təltif edib və onu Vatikana səfərə dəvət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG