Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:38

Ali məktəblər kredit sisteminə keçir


Səs: Real audio
Səid Nuriyev dövlət çevrilişi etmək və silahlı dəstələr hazırlamaq üçün təlimatlar almaqda şübhəli bilinir Builki tədris ilində Azərbaycan Dillər və İqtisadiyyat universitetlərinin bir fakültəsində kredit sisteminə keçiriləcək. Yəni, ali məktəbi bitirmək üçün tələbələr tələb olunan 120 kredit balı 4, 5, 6 və ya 7 ilə toplaya bilərlər. Təklif olunan fənnlərin siyahısında tələbə imtahan verəcəyi fənni də öz istəyi ilə seçəcək.



Təhsil Nazirliyi İcra Aparatının rəhbəri İlham Pirməmmədovun sözlərinə görə, müəllim və tələbələrin əksəriyyəti bu sistemdən xəbərsiz olduğundan, 2005-2006-cı tədris ilində seminarlar keçiriləcək, xarici ölkələrin təcrübəsi, kreditin müəyyənləşməsi, saat hesabına paylanması öyrədiləcək. Bu məqsədlə artıq Amerikadan mütəxəssis də dəvət olunub. Əgər bu sistem özünü doğrultsa, tədricən digər ali məktəblərdə də tətbiq olunacaq.



Kredit sisteminə keçid Təhsil Nazirliyinin qoşulduğu Boloniya Konvensiyasında nəzərdə tutulmuş prinsiplərdən biridir. Artıq Xəzər və Qafqaz universitetləri bu sistemə keçib.
XS
SM
MD
LG