Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:29

«YAP namizədlərini geri çağırmağa hazırlaşır»


Səs: Real audio
Səid Nuriyev dövlət çevrilişi etmək və silahlı dəstələr hazırlamaq üçün təlimatlar almaqda şübhəli bilinir «Yeni Azərbaycan» qəzetindəki «Ermənilərin ümidləri tükənir» başlıqlı məqalədə Aqşin yazır ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərindən sonra Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu lahiyəsi rəsmi Yerevanın ciddi narahatlığına səbəb olub. ABŞ-dan lahiyənin ləğv edilməsi üçün dəstək ala bilməyən Ermənistan rəhbərliyi bir müddət öncə Avropa Birliyinə müraciət edib. Müraciətdə dəmiryol xəttinin Ermənistana qarşı tətbiq edilən nəqliyyat blokadasını daha da dərinləşdirəcəyi bildirilirdi. Lakin Avropa Birliyi bu iddianı əsassız sayaraq, qlobal iqtisadiyyat kontekstində belə lahiyələrin reallaşmasını vacib sayıb.



«Ayna» qəzetindəki «YAP namizədlərini geri çağırmağa hazırlaşır» başlıqlı məqalədə Xəqani Səfəroğlu yazır ki, hakim partiya seçki dairələrində bir namizəddən başqa digərlərini geri çağırmağı planlaşdırır. Bu barədə partiyadakı mənbələrdən məlumat aldığını yazan müəllif, bu addımın müxalifətin yürütdüyü taktikadan qaynaqlandığını bildirir. Belə ki, YAP namizədlər arasında seçki ilə bağlı qalmaqal düşəcəyi və bu zaman situasiyanın müxalifətin nəzarətinə keçəcəyindən ehtiyatlanaraq kampaniyaya bir namizədlə qatılmağa üstünlük verir.



«Xalq Cəbhəsi» qəzetindəki «Müharibə küləyi uzaqdan əsir» başlıqlı məqalədə Coşqun Məmmədli yazır ki, nüvə çalışmalarını davam etdirməkdə israrlı olan İran ABŞ-ın ardınca «çoxillik dostu» adlandırılan Avropanın da dəstəyini itirməkdədir. Xüsusilə MAQATE-nin son hesabatlarında qeyri-şəffaflıqda günahlandırılan İranın Avropa ölkələrindən dəstək almaması vəziyyətin Tehranın istəyinə uyğun cərəyan etməməsini göstərir. Müəllif yazır ki, ABŞ-ın dövlət katibi Kondaliza Rays Çin, Rusiya və Hindistana müraciət edərək onları da İranı boykot etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG