Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:09

Seçkiöncəsi rəqəmlər nədən xəbər verir?


Səs: Real audio
Səid Nuriyev dövlət çevrilişi etmək və silahlı dəstələr hazırlamaq üçün təlimatlar almaqda şübhəli bilinir Azərbaycan parlamentində deputatları saymağın vaxtı yaxınlaşır. Deputatları payızda – noyabrda sayacaqlar. İndilik isə payızın astanasıdır, hələ namizədlər sayılıb və 125 yerə iddia edən namizədlərin sayı 2 mini keçib. Daha dəqiqi 2062 nəfər.



Bloklar arasında ən çox "Azadlıq" seçki blokunun namizədləri qeydə alınıb. Amma namizədlərin partiyalılığı məsələsində birinci yerdə Yeni Azərbaycan partiyasıdır. Bu partiyanın 470 yaxın namizədi qeydə alınıb. Ondan sonra ən çox Liberal partiyasının namizədləri qeydiyyatdan keçib – 62 nəfər.



Üç müxalifət partiyası – Xalq Cəbhəsi, Müsavat və Demokrat partiyalarını birləşdirən "Azadlıq" bloku ümumi namizədlərinin sayına görə başqa blokları üstələsə də, ayrı-ayrı partiyalara düşən namizədlərə görə Yeni Azərbaycan, Liberal və Milli İstiqlal partiyalarından geri qalır. Bu rəqəmlər nə deməkdir?



Qonaqlar:



- "Şərq-Qərb" Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu;



- Moskvadakı Siyasi Prosesləri Araşdırma Mərkəzinin direktoru, seçki texnologiyaları üzrə ekspert, professor Fuad Ələsgərov.



- Seçkiqabağı dövrdə daha çox fəallıq əsasən üç müxalifət partiyasında [AXCP, Müsavat və ADP] görünürdü. Amma qeydiyyata alınan namizədlərinə görə bu üç partiya heç də öndə deyil. Məsələn, Azərbaycan Liberal partiyasından geridə qalır. Bu nə ilə bağlıdır?



Ərəstun Oruclu: Mənə elə gəlir ki, bu ilk növbədə 2003-cü il prezident seçkisindən sonra ölkədə gedən proseslərdən irəli gəlir. Bunun bir sıra obyektiv səbəbləri olsa da, xeyli subyektiv səbəbləri də var.



Xatirənizdədirsə, hələ 2003-cü il seçkisindən sonra dövlət rəsmilərinin bir çoxlarının dilindən belə bir fikir səslənirdi ki, ölkədə yeni müxalifətə ehtiyac var. Hərçənd bu bir qədər absurd görünür – müxalifəti iqtidar təyin etmir –görünür, bu çağırışı bir çoxları məhz rəsmi kurs kimi qəbul edib...



Lalə xanım Liberal partiyasından çıxaraq Milli Birlik Bloku və yaxud Etibar Məmmədov Milli İstiqlal partiyasını tərk edərək "Yes" Bloku yaratsa da, təbii ki, onların sözü bu gün də o partiyalarda keçir. Mənə elə gəlir ki, burda bu gün məhz alternativ müxalifət yaratmaq cəhdləri görülür. Mən qətiyyən bununla Lalə xanımı və yaxud onun rəhbərlik etdiyi bloku şübhə altına qoymaq istəmirəm. Amma eyni zamanda təbii ki, Lalə xanım bir siyasətçi kimi situasiyadan yararlanmağa cəhd edir. Bu da təqdirəlayiq haldır. Lakin digər tərəfdən, bu blokdan namizədliyi qeydiyyata alınan şəxslərin sabah nə dərəcədə əsl müxalifət mövqeyi nümayiş etdirəcəyi mənə elə gəlir ki, zamana ehtiyacı olan bir sualdır. Bunu biz yalnız sonra görə bilərik.



- Bir vaxtlar – Sovet dövründə ancaq bir namizəd olurdu və əhali də ona səs verməliydi. Buna zarafatla "seçimsiz seçki" deyirdilər. İndi orta hesabla seçki dairələrində namizədlərin sayı 20-yə yaxındır. Elə dairələr də var ki, orda qeydə alınan namizədlərin sayı 30-u keçib. Seçki vaxtı bu hansı çətinliklər yarada bilər?



Fuad Ələsgərov: Səslər bu qədər namizədlər arasında dağılsa, o zaman elə bir adam seçilə bilər ki, çox az səs alıb. Deyək ki, 15 faiz. O zaman bu namizəd seçilmiş olaraq Milli Məclisdə yalnız 15 faiz seçicini təmsil edəcək..



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG