Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:53

«Exit-poll» keçirəcək daha iki qurumun adı bəlli oldu


Səs: Real audio
Bunlar ABŞ-ın «Mitofsky İnternational» və Estoniyanın «Saar-Pol» şirkətləridir Parlament seçkisində «exit-poll» (seçki məntəqəsindən çıxanlarla sosioloji sorğu) keçirəcək daha iki şirkətin adı bəlli oldu. Bunlar ABŞ-ın «Mitofsky İnternational» və Estoniyanın «Saar-Pol» qurumlarıdır.



«Mitofsky İnternational» şirkətinə rəhbərlik edən Uoren Mitofski telefonla ictimai rəyin öyrənilməsi metodunun yaradıcısı sayılır. 1967-ci ildən ABŞ, Meksika, Tayvan, Rusiya, Filippin və digər ölkələrdə 3000-dən artıq «exit-poll» keçirib.



Qurum Azərbaycanda 1250 seçki məntəqəsində «exit-poll» keçirmək və 100 minədək seçicinin rəyini öyrnəmək fikrindədir. Sorğu nəticəsində toplanan səslərin sayılması elə seçki məntəqələrinin özündə həyata keçiriləcək. Nəticələrin təhlili isə 2004-cü il ABŞ-da keçirilmiş prezident seçkisi zamanı tətbiq edilmiş kompyuter sistemi vasitəsilə aparılacaq.



Cənab Mitofski bildirir ki, «exit-poll»u ABŞ-ın «Edison Media Researçh» şirkəti, Rusiyanın Müqayisəli Tədqiqatlar İnstitutu, eləcə də Soisal və Marketiq Araşdırmaları və nəhayət Qafqaz Sosial Tədqiqat və Sosial İqtisadi Proqnoz Mərkəzi ilə birgə keçirəcəklər: «Biz hər dairənin qalibini müəyyənləşdirməyə, seçilmiş deputatı elan etməyə çalışacağıq». Onun sözlərinə görə, seçki məntəqələri bağlandıqdan iki saat sonra ilkin məlumatlar əsasında qaliblər elan ediləcək.



U.Mitofski deyir ki, «exit-poll» elmi əsaslara söykənərək aparılmalıdır. O, bir çox ölkələrdə, o cümlədən, Ukraynadakı prezident seçkisi zamanı keçirilmiş «exit-poll»un nəticələrinə inanmır. Cənab Mitofskinin sözlərinə görə, «exit-poll»un nəticələri hər şeydən əvvəl sorğuda iştirak edənlə sorğu aparan şəxsin münasibətlərindən asılıdır.



Estoniyanın «Saar Pol» şirkətinin sorğusu isə 1200 məntəqəni əhatə edəcək. Qurumun rəhbəri bir sıra post-sovet ölkələrində «exit-poll» keçirmiş sosioloq Andryus Saardır. Şirkətin əməkdaşları Azərbaycana gələn həftə gələcəklər. Quruma Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası da kömək göstərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG