Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:22

Qazaxda Kürün suyunu analiz edən laboratoriya yaradılıb<p align=`left`><br><br>


Səs: Real audio
«Müxalifətin keçirdiyi etiraz aksiyalarının ölkəyə heç bir təsiri yoxdur» Artıq Kür çayının çirklənib-çirklənmədiyini öyrənmək üçün suyun analizi Bakıda aparılmayacaq. Qazaxda yaradılmış laboratoriya bu tələbatı ödəyəcək.



Bu barədə «Azadlıq» radiosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Çirklənməsinin Monitorinqi Mərkəzinin rəhbəri Ərəstun Həsənov məlumat verdi. Onun sözlərinə görə, indiyədək belə laboratoriyanın olmaması düzgün analiz aparılmasına mane olurdu. «Nümunə üçün götürülən su Bakıya çatdırılana qədər keyfiyyət dəyişikliyinə məruz qalırdı», - deyə o bildirir.



Cənab Həsənov deyir ki, bundan sonra həm Kürün Gürcüstandan ölkəyə necə daxil olduğunu, həm də regiondakı müəssisələrin su mənbələrini çirkləndirməsini müəyyənləşdirə biləcəklər.



Araz çayının yoxlanılması üçün oxşar laboratoriya isə Beyləqanda qurulub. Ə.Həsənovun dediyinə görə, Balakəndə də belə bir laboratoriya yaratmaq planlaşdırılır.
XS
SM
MD
LG