Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:05
Rubrikalar

Azərbaycan cüdoçusu dünya çempionatının üçüncüsü oldu


Səs: Real audio
«Müxalifətin keçirdiyi etiraz aksiyalarının ölkəyə heç bir təsiri yoxdur» - Sentyabrın 12-də Rusiyanın paytaxtı Moskvada sambo üzrə «A» kateqoriyalı beynəlxalq turnirin startı verilib. Azərbaycan turnirdə 4 nəfər samboçu – Elçin Mayılov (57 kq), Hakim Nəzərəliyev (62 kq), Zabit Fərhadov (68 kq) və Habil Məsməliyevlə (68 kq) təmsil olunur.



Sambo Federasiyasından verilən məlumata görə, bu turnir Azərbaycan yığması üçün dünya çempionatına hazırlıq məqsədi daşıyır.



- Bədii gimnastikanın qrup hərəkətləri növündə Azərbaycan yığma komandası sentyabrın 14-də «Sankt-Peterburq mirvariləri» beynəlxalq turnirinə hazırlaşır. Bədii gimnastlar – Anna Qurbanova və Dinarə Gimatova isə sentyabrın 16-da Berlində təşkil olunacaq «Qran-Pri» yarışlarında qüvvələrini sınayacaq.



- Misirin paytaxtı Qahirədə cüdo üzrə dünya çempionatı sona çatıb. Cüdo Federasiyasının əməkdaşı Elnur Kələntərlinin verdiyi məlumata görə, 6 cüdoçudan biri – Nicat Şıxəlizadə daha uğurlu nəticə göstərərək dünya çempionatının bürünc medalını qazanıb.



Yığma komanda sentyabrın 12-də Bakıya dönür.



- Sentyabrın 26-dan oktyabrın 2-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək sərbəst və yunan-Roma güləşi üzrə növbəti dünya çempionatında Azərbaycanı təmsil edəcək yığma komandanın heyəti müəyyən olunub.



Sərbəst güləş üzrə komandanın tərkibinə 6 nəfər – Namiq Abdullayev (55 kq), Abil İbrahimov (60 kq), Elman Əsgərov (66 kq), Rüstəm Ağayev (96kq) və Nikolay Telegin (120 kq) daxil edilib. 74 kq çəki dərəcəsində Elnur Əliyev və Zahid Mirzəyev sınaqdan çıxarılandan sonra daha güclüsü yığmaya daxil ediləcək.



Yunan-Roma güləşi üzrə milli komandaya isə 4 nəfər – Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), Hüsaməddin Rəcəbov (66 kq) və İlqar Abdullayev (74 kq) cəlb edilib. Olimpiya çempionu Fərid Mansurov zədəli olduğundan bu yarışlarda iştirak etməyəcək.
XS
SM
MD
LG