Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:26
Rubrikalar

Bakı meri bu qış 110 min mənzili istiliklə təmin edəcək


Səs: Real audio
BMT–nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Marko Barsotti belə deyir - Gələn ilin noyabrına qədər Bakı şəhərində 2700-dən çox bina istiliklə təmin olunacaq. Bakı meri Hacıbala Abutalıbov şəhərin qışa hazırlığıyla bağlı keçirilən müşavirədə belə deyib:



"Mən "Azəristilik" Açıq Səhmdar Cəmiyyətinin sədri qarşısında tələb qoyuram: bu il ən azı 1650 bina – 110 min mənzil istiliklə təmin olunmalıdır".



- BMT-nin İnsan İnkişafına dair Hesabatında Azərbaycanın 101-ci yerdə olmasının səbəbi odur ki, bu hesabat 2-3 il bundan əvvəlin statistikasına əsasən hazırlanıb.



Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Barsotti deyib. Sentyabrın 7-də yayılan hesabatda Azərbaycan 101-ci, Ermənistan 83-cü, Gürcüstan isə 100-cü yeri tutur. Marko Barsotti bunu belə izah edir:



"Adətən qlobal hesabatlar iki-üç il öncəki statistikaya əsaslanır. Ölkənizin reytinqini hesablayanda bu, özünü bütün göstəricilərdə büruzə verir. Mühüm olan odur ki, bu statistika mənim bir çox hallarda dediyimə zidd deyil: Azərbaycanda yaşayış səviyyəsində sürətli inkişaf gedir. Əslində, mən hesabatdakı anormallığı [Azərbaycanın Ermənistan və Gürcstandan geridə olmasını-red.] əsaslandıra bilmirəm. MDB-nin bütün ölkələrinin reytinqi geriləsə də, Ermənistanla bağlı bu belə deyil. Ancaq mənim buna cavabım yoxdur".



BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Barsotti deyir ki, builki hesabatda insan inkişafı yeni metodoligiya ilə hesablanıb, buna görə MDB ölkələrinin göstəricilərində bəzi fərqlər var. Məsələn, Azərbaycanda orta ömür müddəti əvvəllər 72 il hesablanırdısa, indi 66 götürülür.



BMT-nin insan inkişafına dair hesabatları 1990-cı ildən hazırlanır. İnsan İnkişafı İndeksi üç faktora əsaslanır – uzunömürlülük və sağlam həyat, savadlılıq və yaşayış səviyyəsi.



- Sentyabrın 12-nə olan məlumata görə, Milli Bankda 1 Amerika dolları 4 587, bir avro 5 696, bir rus rublu 162 manatdır.
XS
SM
MD
LG