Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:12

Oqtay Mirqasımovun filmi müsəlman kinosu festivalında mükafat alıb


Səs: Real audio
Sentyabrın 18-də AzTV-1-də ilk dəyirmi masa keçiriləcək «Qızıl minbər» adlı birinci beynəlxalq müsəlman kinosu festivalında Oqtay Mirqasımovun «Ovsunçu» bədii filmi mükafata layiq görülüb.



Sentyabrın 5-dən 11-dək Kazanda baş tutan bu festival Müftilər Şurası və «İslam dünyası» televiziyasının təşəbbüsü ilə təşkil olunub. Məqsəd dünyada islam haqqında obyektiv fikirlərin formalaşdırılması olub.



Oqtay Mirqasımovun sözlərinə görə, müsabiqə çox gərgin keçib: «Cəmi 6-7 film mükafata layiq görüldü».



Festivala Azərbaycandan həmçinin Rüfət Əsədovun «Arxada qalmış gələcək», Xamis Muradov və Tofiq Məmmədovun «Haray», Şamil Nəcəfzadənin «Səma şairi», Elçin Hami Axundovun isə «Qızıl» adlı filmləri də təqdim olunub.



«Qızıl minbər» birinci beynəlxalq müsəlman kinosu festivalı ilk dəfədir keçirilir. Növbəti belə festivalın nə vaxt və harada keçiriləcəyi hələ məlum deyil.



Festivala islam ölkələri ilə yanaşı, Kanada, Böyük Britaniya, Avstraliya və Litvadan da kinorejissorların filmləri təqdim olunub.
XS
SM
MD
LG