Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:23

Gənc kinematoqrafçıların festivalı


Səs: Real audio
Sentyabrın 18-də AzTV-1-də ilk dəyirmi masa keçiriləcək “Gənc peşəkar” adlı 5-ci Beynəlxalq Audiovizual Festivalda kimlərin iştirak edəcəyi artıq bəllidir. Festivalın təşkilat komitəsinin sədri Hüseyn Mehdiyev deyir ki, bu il festivalda müxtəlif ölkələrdən 60 nəfər gənc iştirak edəcək, onlardan 14-ü azərbaycanlıdır.



- Təxminən 20 ölkədən müəlliflər bu festivala qatılıblar. Benqladeş, Avstriya kimi heç gözləmədiyimiz ölkələrdən işlər gəlib. Türkiyə, Rusiya, Ukrayna, İrandan seçki komissiyasına çoxlu filmlər təqdim olunub. Bu da imkan verir ki, bizim seçimimiz müxtəlif janrları əhatə etsin və daha maraqlı olsun.



Hüseyn Mehdiyevin sözlərinə görə, festivala audiovizual sənətin bütün janrlarını əhatə edən əsərlər təqdim olunub. Odur ki, hər janrın öz nominasiyası, qalibi və hədiyyəsi olacaq.



Festivalın yekun mərhələsi oktyabrın 4-dən 8-dək Zaqulbada yerləşən Beynəlxalq Gənclik Turist Mərkəzində keçiriləcək. Əsərlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Hüseyn Mehdiyev xarici ölkələrdən olan iştirakçıların da festivala dəvət olunacağını deyir.



- Bu il yubiley festival olduğundan çalışacağıq ki, xarici ölkələrdən də gəncləri dəvət edək.



“Gənc peşəkar” adlı 5-ci Beynəlxalq Audiovizual Festivala tamaşaçı kimi qatılmaq istəyən hər bir şəxsə də qapılar açıqdır.
XS
SM
MD
LG