Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:35

Təşviqat-təbliğat üçün bərabər şərait yaradılıbmı?


Səs: Real audio
Sentyabrın 18-də AzTV-1-də ilk dəyirmi masa keçiriləcək «Panorama»nın bu dəfəki qonaqları Yeni Azərbaycan partiyası icra katibinin müavini Siyavuş Novruzov və Xalq Cəbhəsi partiyası sədrinin müavini Xaləddin İbrahimlidir.



Ötən verilişlərdə olduğu kimi, söhbətdə «Azərbaycan» və «Zerkalo» qəzetlərinin əməkdaşları – Samir Elmanoğlu və Azər Rəşidoğlu da iştirak edir.



Bu dəfə «Panorama»da parlament seçkisində təşviqat mərhələsinin gedişindən bəhs edilir. Hakim partiyanın təmsilçisi Siyavuş Novruzov deyir ki, qeydiyyat mərhələsində müəyyən istisnaları çıxmaqla ciddi qanun pozuntuları baş vermədi. Təşviqat mərhələsi də Seçki Məcəlləsinə uyğun keçirilir. Onun sözlərinə görə, bütün bunlar Azərbaycan hakimiyyətinin parlament seçkisini azad və ədalətli şəkildə keçirmək istəyinin göstəricisidir.



Müxalif partiyanın nümayəndəsi Xaləddin İbrahimli isə deyir ki, qeydiyyat mərhələsinin Seçki Məcəlləsinə uyğun aparılması seçkinin azad və ədalətli keçirilməsi üçün kifayət etmir. Bundan ötrü bütün mərəhələlərdə demokratik prinsiplər gözlənilməlidir: «Üstəlik, nə qədər ki, beynəlxalq qurumların tövsiyələrinə axıra qədər əməl edilməyib, azad və ədalətli seçkilərə ümüd bəsləmək düzgün olmaz».



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG