Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:06

«Azadlıq» blokunun mitinqində çıxışlar olmadı<p align=`left`><br><br>


Səs: Real audio
Buna səsgücləndiricilərin işləməməsi səbəb oldu Sentyabrın 10-da «Azadlıq» seçki blokuna daxil olan Demokrat, Xalq Cəbhəsi və Müsavat partiyalarının yürüş-mitinqi keçirildi. Metronun «20 Yanvar» stansiyası yaxınlığında başlayan aksiyaya Liberal Partiyası və «Cümə» Dini İcmasının üzvləri də fərdi qaydada qatılmışdılar.



Əllərində Azərbaycan bayrağı və «Azadlıq» seçki blokunun atributları olan mitinqçilər «Avtoritarizmə yox!», «Əliyevlər sülaləsinə son qoyulsun!», «Seçkinin azad keçirilməsini tələb edirik!» və s. şüarlar səsləndirdilər.



Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısında mitinqlə yekunlaşan aksiyada çıxışlar olmadı. Buna səsgücləndiricilərin işləməməsi səbəb oldu. Aksiyanın təşkilatçıları bunu «Azadlıq» blokuna qarşı «təxribat» kimi qiymətləndirdilər.



Bu, «Azadlıq» blokunun rəsmi təbliğat dövründə ilk aksiyası idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG