Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:35

«Deputatlığa namizədlərin şəkillərinin tarixi binaların üzərinə yapışdırılması qanun pozuntusudur»


Səs: Real audio
Bunu şəhər meri Hacıbala Abutalıbov deyir «Ayna» qəzetindəki «İqtidarda Rəsul Quliyev zəlzələsi» başlıqlı məqalədə Müşviq Həqq yazır ki, nə üçün rəsmi təbliğata start veriləndən sonra baş vermiş ilk insident, yəni çadır dağıntıları ADP ilə bağlı oldu? Müəllif öz mənbələrinə istinad edib yazır ki, söhbət regional faktordan gedir. İqtidardaxili qruplaşmalardan birinin əsas məqsədi «Azərbaycanın Yuşşenkosu» kimi adı hallandırılan Fərhad Əliyevi hər vasitə ilə zərərsizləşdirərək, Rəsul Quliyevi önə çıxarmaqdır. Müəllif yazır ki, ABŞ və Qərbin artan təzyiqləri nəticəsində bir sıra məsələlərdə geriyə addım atdığını görən qruplaşma müxalifətin iqtidara gələ bilmək ehtimalının ciddiliyini görərək ehtiyat variantlara əl atmaq qərarına gəlib. Bu zaman ən uğurlu şəxs kimi Rəsul Quliyevin üzərində dayanıldığı bildirilir.



«Üç nöqtə» qəzetindəki «Bakıda yaşayanların sayı üç milyona çatıb» başlıqlı məqalədə Elməddin Muradlı yazır ki, bu fikirləri şəhər meri Hacıbala Abutalıbov deyib. Qəzetə müsahibəsində cənab Abutalıbov həmçinin parlament seçkisinə qatılacaq namizədlərin şəhərdəki platforma lövhələrindən istifadə etməmələrindən də narahatlığını bildirib. Deyib ki, bununla bağlı Dairə Seçki komissiyalarına müraciət də olunub. Mer bildirir ki, plakatların tarixi binaların üzərinə yapışdırılması qanun pozuntusudur.



«Yeni Azərbaycan» qəzetindəki «Narıncı inqilabın sonu» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, Ukrayna prezidenti Viktor Yuşşenko hökuməti istefaya göndərməklə təsdiqlədi ki, hakimiyyət strukturları arasında səngiməyən münaqişələr var. Məqalədə bildirilir ki, yəqin bunun səbəbi dövlət maraqlarının əhəmiyyətinin başa düşülməməsidir. Müəllif yazır ki, Rusiya mətbuatı baş verənləri cənab Yuşşenkoya olan inamın sarsılması kimi dəyərləndirir. Rəsmi Vaşinqton isə hələlik hadisələrə qiymət verməyə tələsmir.
XS
SM
MD
LG