Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:46

Seçkiləri udmaq üçün nə qədər pul lazımdır?


Səs: Real audio
Rino Harniş: «İndi - qeyri-qanuni rejimlər nüvə silahı əldə etməyə çalışdığı və terrorçu qruplarla əlaqə qurduğu bir şəraitdə terror təhlukəsi daha da artıb» Bu həftədən Azərbaycandakı parlament seçkilərində təşviqat mərhələsi başlanıb. Təşviqat-təbliğatsa ilk növbədə puldur. Çünki yaxşı fikirlər söyləmək azdır, bunu gərək, seçiciyə çatdıra biləsən. Ya televiziya, ya birbaşa görüşlərlə, ya da plakatlarla. Bunlar da havayı deyil.



Tanınmış şəxs olmaq da problemi həll etmir. Çünki hamının tanıdığı prezidentlərin də təbliğat kampaniyalarına ehtiyacı var.



İndiki seçkiləri udmaq üçün təbliğat kampaniyasına nə qədər pul lazımdır? Bu pulu hardan tapırlar? Bir mənbə dövlətdir. O, hər bir namizədə təxminən 80 ABŞ dolları məbləğində pul verir. Bu 80 dollar nə deməkdir? Müqayisə üçün, ANS televiziyasında bir dəqiqəlik reklamın qiyməti 200 dollardan 400 dollara kimidir.



Bununla belə, dövlət hər bir namizədi dövlət teleradiolarında pulsuz efir vaxtı ilə təmin edir, dövlət mətbuatında yer verir. Dövlətin verdiyi təbii ki, kifayət deyil. Ancaq demək olarmı ki, bu, çox azdır? Və ya dövlət bundan artıq nəsə etməlidirmi?



İkinci mənbə iş adamlarıdır. Ancaq onlar məsələn, müxalifətə pul verərlərmi?



Üçüncü mənbə əhalidir. Sıravi adamlardan pul yığırlarmı və ya niyə yığmırlar?



Qonaqlar:



- Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü, deputatlığa namizəd Aydın Mirzəzadə;



- “Azadlıq” seçki blokunun Seçki Qərargahının həmsədri, deputatlığa namizəd Arif Hacılı;



- Seçki Texnologiyaları İnstitutunun rəhbəri Şirzad Məmmədli



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG