Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:08

ABŞ səfiri Azərbaycana minnətdarlığını bildirir


Səs: Real audio
Rino Harniş: «İndi - qeyri-qanuni rejimlər nüvə silahı əldə etməyə çalışdığı və terrorçu qruplarla əlaqə qurduğu bir şəraitdə terror təhlukəsi daha da artıb» «2000-ci il sentyabrın 11-də sivil dünya misli görünməmiş hücumun şahidi oldu. Həmin gün törədilən terror aktları göstərdi ki, terrorçular bütün qüvvələrini səfərbər edib bizə zərbə vurmağa çalışırlar».



Bu sözlər ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin Nyu-York və Vaşinqtonda törədilən terror aktlarının dördüncü ildönümü ilə bağlı kütləvi informasiya vasitələrinə ünvanladığı məqaləsindəndir.



Səfir qeyd edir ki, indi - qeyri-qanuni rejimlər nüvə silahı əldə etməyə çalışdığı və terrorçu qruplarla əlaqə qurduğu bir şəraitdə terror təhlukəsi daha da artıb.



Cənab Harniş 11 sentyabr hadisələrindən sonra beynəlxalq terrorizmə qarşı yaradılan koalisiyaya qoşulduğu üçün Azərbaycana minnətdarlığını bildirir. Onun fikrincə, terrorizmə qarşı mübarizə demokratikləşmə proseslərindən kənarda mümkün deyil: «ABŞ -ın missiyası dünyada demokratiyanı dəstəkləməkdir. Çünki demokratik dövlətlər terrorçulara sığınacaq vermirlər».
XS
SM
MD
LG