Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:57

IFES rəsmisi qutuların təhlükəsizliyini unutmamağa çağırır


Səs: Real audio
«Yalnız xalqın dəstəyini qazanan hakimiyyət həll variantını əhaliyə qəbul etdirə bilər» Seçkinin azad və şəffaf keçirilməsi məqsədilə barmağın mürəkkəblə işarələnməsi ilə yanaşı bülletenlərin və qutuların təhlükəsizliyi kimi başqa vacib məqamlar da yaddan çıxmamalıdır.



Seçki Sistemləri üzrə Beynəlxalq Fondun – IFES-in Bakı Ofisinin rəhbəri Daniel Blessinqton «Azadlıq» radiosuna müsahibəsində belə deyir. Onun sözlərinə görə, seçkinin nəticələrinin saxtalaşdırılmaması üçün bütün məntəqələrdə şəffaf seçki qutularının olması, bülletenlərin təhlükəsizliyinin təmini, əvvəlcədən qutuların xüsusi nömrələrlə möhürlənməsi, məntəqələrdə standartlaşdırılmış avadanlığın quraşdırılması da çox önəmlidir. Eləcə də müşahidənin qurulması, komissiya üzvlərinin əvvəlcədən vəzifə və hüquqları ilə bağlı təlimatlandırılması da vacibdir:



«Mən istəməzdim ki, sadaladıqlarımın hər hansı birini xüsusi fərqləndirim, birinin digərindən yaxşı olduğunu deyim. Hamısı eyni dərəcədə gərəklidir. Mənə elə gəlir ki, bunların kombinasiya edilməsi və ya paralel istifadəsi saxtakarlığın qarşısını almaq üçün böyük töhfə verə bilər».



Cənab Blessinqton deyir ki, onlar bununla bağlı hökumətə tövsiyə vermək niyyətində deyillər. Ancaq Azərbaycan hökuməti bu yöndə dəyişiklik etmək qərarına gəlsə, IFES yardıma və əməkdaşlığa hazırdır.



D. Blessinqton bildirir ki, gələn həftə rəhbərlik etdiyi qurum Azərbaycanın on bölgəsində icra başçıları və polis üçün seminar-treninqlər keçirməyi planlaşdırıb. «Məqsəd prezidentin 11 may tarixli sərəncamının düzgün yerinə yetirilməsinə nail olmaqdır»- deyə, o vurğulayır.
XS
SM
MD
LG