Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:17

Alen Deletroz: "Demokratik seçki münaqişənin həlli üçün vacibdir"<p align=`left`><br><br>


Səs: Real audio
«Yalnız xalqın dəstəyini qazanan hakimiyyət həll variantını əhaliyə qəbul etdirə bilər» Beynəlxalq Böhran Qrupunun (BBQ) vitse-prezidenti Alen Deletroz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki hesabat hazırlamaq üçün regiona səfər etdiklərini deyir. Onun sözlərinə görə, təşkilat hər iki tərəfdən (Ermənistan və Azərbaycan) sərhədyanı rayonlarda yaşayan əhalinin istəklərini öyrənəcək və birinci hesabat real vəziyyətin analizindən ibarət olacaq: «İkinci hesabatda isə münaqişənin həll olunması üçün mümkün addımlar sadalanacaq».



Cənab Deletroz «Praqa prosesi»nin davam etdirilməsinin vacibliyini və bütün təkliflərin müharibənin yenidən başlanmasına qarşı olacağını deyir.



BBQ-nin vitse-prezidenti Azərbaycan rəsmilərinin həddən artıq ermənilərə qarşı çıxış etdiklərini deyir: «Azərbaycanda həddən artıq anti-erməni yazılar yazılır və çıxışlar edilir. Bu, gələcəkdə ermənilərin cəmiyyətə inteqrasiyasının qarşısını ala bilər. Bu ritorikanı indidən dayandırmaq lazımdır».



Alen Deletroz Ermənistan tərəfinə irəli sürüləcək əsas tələblərinin isə ərazilərin işğaldan azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz vətənlərinə qayıtması olacağını deyir. Onun sözlərinə görə, noyabrdakı parlament seçkisi münaqişəni həll etmək üçün çox vacib məqamdır. «Çünki yalnız xalqın dəstəyini qazanan hakimiyyət həll variantını əhaliyə qəbul etdirə bilər»- deyə, o vurğulayır.



Alen Deletroz: «Bizim təklifə görə, 10-15 il ərzində Dağlıq Qarabağın statusu müəyyənləşdirilməməli, hər iki – azərbaycanlı və erməni icmaları əlaqələrini bərpa etməlidirlər. Amma əsas demokratik yolla seçkinin keçirilməsidir. Əks təqdirdə nə müharibə, nə də sülh vəziyyəti davam edəcək və hər il sərhədyanı bölgələrdə adamların ölümünün şahidi olacağıq».



BBQ-nin Qafqaz layihəsinin direktoru Sabin Frayzer isə Xankəndi seçki dairəsinin yaradılmasını çox müsbət, amma gecikmiş addım hesab edir.

«Azərbaycan dövləti göstərə bilər ki, bu bölgənin adamları vətəndaşlarıdı, onlar seçkidə və başqa siyasi proseslərdə iştirak edə bilərlər. Amma təəssüf ki, bu qərar gec verildi» - deyə, o bildirir.



Qrupun nümayəndələri hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsi həll oluna biləcək problemdir. İndiki vaxtda hər hansı tərəfin müharibəyə başlaması isə onun dünya ictimaiyyətinin gözündən düşməsinə səbəb olacaq.
XS
SM
MD
LG