Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:11

İlham Əliyev: «Ölkədə bu qədər yoxsul olması ilə razılaşa bilmərəm»


Səs: Real audio
«Gələn il büdcədən sahibkarlığa yardım üçün ayrılan vəsaitin məbləği 400 milyard manat olacaq» Gələn ildən sovet dövründə əhalinin banklarda qalan əmanətlərinin qaytarılmasına başlanılacaq.



Prezident İlham Əliyev sentyabrın 9-da Masallı rayonunda keçmiş prezident Heydər Əliyevə qoyulmuş abidənin önündə çıxış edərkən belə söylədi. Əhalinin sosial vəziyyətinə toxunan dövlət başçısı, «Mən heç vaxt razı ola bilmərəm ki, ölkədə bu qədər yoxsul olsun. Azərbaycanda bir nəfər də olsun yoxsul qalmamalıdır» söylədi.



Cənab Əliyevin sözlərinə görə, gələn il büdcədən sahibkarlığa yardım üçün ayrılan vəsaitin məbləği 400 milyard manat olacaq. O, rayon İcra Hakimiyyəti başçılarına sahibkarların işinə müdaxilə etməmələrini tapşırdı.



Kənd təsərrüfatının inkişafı üçün yeni proqramların həyata keçirildiyin deyən dövlət başçısı, bu sahəyə kreditlər ayrılacağını bildirdi.



Prezident yürüdülən xarici siyasətə də toxunaraq Azərbaycanın heç bir başqa dövlətin, o cümlədən, qonşuların daxili işinə qarışmadığını söylədi. «Azərbaycan rəhbərliyi heç vaxt imkan verməyəcək ki, başqa dövlətlər onun daxili işinə müdaxilə etsinlər» - deyə, o vurğuladı.

Günün bütün mövzuları

XS
SM
MD
LG