Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:11

«Hakimiyyət dörd təzyiq çevrəsində seçki keçirəcək»


Səs: Real audio
ATƏT-in Müşahidə Missiyasının rəhbəri təkrar səsvermənin qarşısını almaq üçün barmaqların işarələnməsinin vacibliyini söyləyir «Yeni Azərbaycan» qəzetindəki «Azərbaycana çadır lazım deyil» başlıqlı məqalədə Ağanisə Sultanova yazır ki, narıncı çadır ideyası ilə çıxış edən Sərdar və Qurban Məmmədov qardaşlarının bu təklifi müasir Azərbaycan üçün o qədər də yaramır. Məqalədə bildirilir ki, belə ideya ətrafında çoxlu sayda insan toplamaq haqda düşünməyin özü də bir nov sadəlöhvlükdür. 90-cı illərin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində çadır şəhərcikləri yaranmışdı. Həmin çadırlarda indiki müxalifətin, keçmiş iqtidarın «xidmətləri» sayəsində torpaqlarını itirmiş insanlar yaşayırdılar. İndi Azərbaycanda çadır problemi tədricən aradan qalxmağa başlayır. Və bu məqamda müxalifətçilər yenidən çadırların qurulması təklifi ilə çıxış etməyə başlayırlar.



«Bakı - Xəbər» qəzetindəki «Hakimiyyət dörd təzyiq çevrəsində seçki keçirəcək» başlıqlı məqalədə Razi Tağı yazır ki, ictimaiyyətin az da olsa bir qismi belə düşünür ki, bu seçkilərdə də hakimiyyət saxtakarlıq edərək parlamenti öz iradəsinə uyğun formalaşdıracaq. Müşahidələrsə göstərir ki, parlament seçkilərində hakimiyyət saxtakarlıq edə bilməyəcək. Müəllifə görə, bunun bir neçə səbəbi var. Əvvəla, müxalifət son dərəcə aktivdir, ikincisi, ABŞ bu seçkidə «ekzit-pol» keçirəcək, üçüncüsü, ATƏT-in uzunmüddətli və qısamüddətli müşahidə missiyaları prosesi izləyəcək, nəhayət, dördüncü isə Avropa Şurası hakimiyyətin qarşısında seçkiyə dair qoyduğu təkliflərdə israrlıdır.



«Üç nöqtə» qəzetindəki «Fermerlərin kredit problemi olmayacaq» başlıqlı məqalədə Rəşad Sadıqov yazır ki, Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Qədir Hüseynov bildirib ki, işadamlarına maliyyə dəstəyinin gücləndirilməsi özəl bölmənin inkişafında mühüm rol oynayır. Bu sahəyə ayrılan güzəştli kreditlərsə ilbəil artırılır. Müəllif yazır ki, ötən il sahibkarlığın inkişafına dövlət büdcəsindən 100 milyard manat vəsait ayrılmışdısa, bu il həmin vəsaitin həcmi 200 milyard manat artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG