Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:18
Rubrikalar

Nəyə görə deputat olmaq istəyirsiz?


Səs: Real audio
ATƏT-in Müşahidə Missiyasının rəhbəri təkrar səsvermənin qarşısını almaq üçün barmaqların işarələnməsinin vacibliyini söyləyir "IV Parlament"in qonaqları:



- Lənkəran kənd seçki dairəsi üzrə Müsavat partiyasının namizədi Yadigar Sadıqov;



- Müstəqil namizəd Üzeyir Cəfərov;



- YAP-dan namizəd Hadı Rəcəbli.



- Nəyə görə deputat olmaq istəyirsiz?



Hadı Rəcəbli: Çünki, bu xalqın istəyidir. Eyni zamanda mənim təmsil olunduğum partiyanın istəyidir. Üçüncüsü də, mən özümü professional siyasətçi hesab edirəm. Düşünürəm ki, xalqımın və partiyamın mənə göstərdiyi etimadı doğrulda bilərəm.



Yadigar Sadıqov: Mən parlamenti Azərbaycan xalqına qaytarmaq istəyirəm. Hakimiyyətdən gələn qanunların, qərarların, sifarişlərin qəbul olunmasını yox, xalqdan, ictimaiyyətdən gələn sifarişin, tələblərin, ehtiyacların ödənilməsini istəyirəm və buna görə də deputat olmaq istəyirəm.



Üzeyir Cəfərov: Ötən il ordu sıralarından təlxis olunduqdan sonra bu ilki parlament seçkilərinə qatılmaq qərarına gəlmişəm. Mən də Yadigar bəyin fikri ilə razıyam ki, Azərbaycan parlamenti Azərbaycan xalqına xidmət etməlidir və Azərbaycanın mənafeyindən çıxış etməlidir.



- Parlamentdə təmsil etmək istədiyiniz bölgənin – Lənkəran, Astara, Masallı, Lerik və Yardımlının problemlərini nə dərəcədə əhatə etmisiniz?



Hadı Rəcəbli: Birincisi mən Lənkəran kəndində doğulmuşam, lənkəranlıyam. İkincisi, Lənkəranın problemlərini çox yaxından bilirəm, uzun müddət Lənkəranda, 15 yaşımdan fəhlə kimi işləmişəm və həyatın dibindən gəlib bugünkü vəziyyətə çıxmışam. Camaatın bütün düşüncələri, qayğıları mənə tanışdır. Bu problemlərin həlli ilə mən həm şəhər icra başçısı olanda, həm də gənclər təşkilatına rəhbərlik edəndə ardıcıl məşğul olmuşam. Lənkəranda tikinti və quruculuq işlərində mənim xüsusi xidmətlərim var. Mən deputat olduğum müddətdə Lənkəranın problemlərini lazımınca parlamentə çıxara bilmişəm...



Yadigar Sadıqov: Mən Lənkəranda yaşayıram. Lənkəranın müxtəlif kəndlərində, məhəllələrində qohumlarım, tanışlarım var. İnsanlar problemləri ilə bizə müraciət edirlər. Biz o problemlərin içindəyik. Mən özüm Lənkəran Dövlət Universitetində dərs deyirəm. Soyuq otaqlarda, olduqca kasad əyani vasitələrlə dərs keçirik. Uşaqlar fənni tam əhatə etmək üçün kitablar tapa bilmirlər... Mən Hadı müəllimin o fikri ilə razıyam ki, deputat yol çəkməməlidir, işıq, qaz məsələsi ilə bilavasitə məşğul olmamalıdır, amma deputat işi bərbad vəziyyətdə olan məmurdan hesabat tələb etməlidir.



Üzeyir Cəfərov: Mən Hadı müəllimlə razı deyiləm. Çünki Lənkərandan seçilmiş deputatlar, təəssüflər olsun ki, Lənkaran üçün görə biləcəkləri işi ancaq sözdə görüblər. Konkret işdə görməyiblər... Parlamentdə qəbul olunan qanunların çoxu işləmirsə, xalqın mənafeyini təmsil etmirsə, onların formal qəbul edilməsinin nə mənası var... Ona görə mən elə hesab edirəm ki, parlamentdə təyinat yox, seçki keçirilməlidir. Azərbaycan xalqı özünə layiqli deputatlar seçməlidir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG