Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Beynəlxalq Böhran Qrupu Qarabağın statusunun müzakirəsini 10-15 il sonraya keçirməyi təklif edir<p align=`left`><br><br>


Səs: Real audio
Alen Deletroz: «Bir tərəfdən, Dağlıq Qarabağ ermənilərinin «Azərbaycan vətəndaşı», digər tərəfdənsə, «düşmən» adlandırılması sülh prosesini mümkünsüz edə bilər» Bakıda səfərdə olan Beynəlxalq Böhran Qrupunun (BBQ) vitse-prezidenti Alen Deletroz «Azadlıq» radiosuna verdiyi eksklüziv müsahibədə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün üç təkliflərinin olduğunu deyir. O, Dağlıq Qarabağın statusunun danışıqlarda ən problemli məsələ olduğunu önə çəkərək, bunun müzakirəsinin 10-15 il sonraya keçirilməsini təklif edir.



Cənab Deletroz hər iki tərəfin, xüsusilə də Azərbaycanın güc mövqeyindən çıxışlarını dayandırmasını vacib sayır: «Bir tərəfdən, Dağlıq Qarabağ ermənilərinin «Azərbaycan vətəndaşı», digər tərəfdənsə, «düşmən» adlandırılması sülh prosesini mümkünsüz edə bilər».



BBQ-nin vitse-prezidentinin sözlərinə görə, ilk növbədə məcburi köçkünlərin işğal olunmuş ərazilərə qayıdışı təmin olunmalı, azərbaycanlı və erməni icmaları arasında əlaqələrin yaradılmasına çalışılmalıdır. «Bu isə Azərbaycan və Ermənistanın inandığı ölkələrin hərbi kontingentinin münaqişə bölgəsində yerləşdirilməsi hesabına edilə bilər» - deyə, cənab Deletroz vurğulayır.



O, bu təklifləri Azərbaycan və Ermənistan rəsmilərinə təqdim edəcəklərini bildirir.
XS
SM
MD
LG