Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:33

Texnikumlara qəbul imtahanları sentyabrın 10-da keçiriləcək


Səs: Real audio
İnsan Hüquqları Evi parlament seçkisinin qorxusuz və ədalətli keçirilməsinə çağırır İmtahanlarda həm 11-ci, həm də 9-cu sinifi bitirən abituriyentlər iştirak edəcək. Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki və Göyçay şəhərlərində keçiriləcək imtahanlar səhər saat 12-də başlayacaq.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hikmət Kazımov belə deyir.



- İmtahanlar saat 12-də başlayacaq və Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki və Göyçay şəhərlərində olacaq.



Hikmət Kazımovun sözlərinə görə, abituriyentlər artıq sənəd qəbulu komissiyalarından abituriyent və imtahana buraxılış vəsiqələrini ala bilərlər.



İmtahan üçün ayrılmış 1 saat 30 dəqiqə ərzində 11-ci sinifi bitirmiş abituriyentlər 2 fənn üzrə 40 suala, 9-cu sinifi bitirənlər isə 3 fənn üzrə 45 suala cavab verəcəklər.



Hikmət Kazımov komissiyaya daxil olan ərizələrin sayca plan yerindən çox olduğunu deyir.



- Texnikumlara sənəd qəbulunun ikinci mərhələsində 11 illik təhsil bazasından boş qalan 2336 plan yerinə 6682 ərizə verilib. 9 illik təhsil bazasından 7744 plan yerinə 9709 ərizə təqdim olunub.



Texnikumlara qəbul olan abituriyentlərin adları imtahandan sonrakı bir həftə ərzində açıqlanacaq.
XS
SM
MD
LG