Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:47

Vətəndən uzaqda


Səs: Real audio
Son məlumatlara görə, qeydiyyata alınan namizədlərin sayı iki min nəfəri keçib "Qlobus"un bu dəfəkı qonaqları:



- Rusiyadan siyasi sığınacaq almış Məmməd Quliyev;



- Birləşmiş Ştatların Çikaqo şəhərində yaşayan Məmməd Sadıxov.



- "Qlobus"un birinci qonağı Rusiya hökumətindən siyasi sığınacaq almış və hazırda Moskvada yaşayan Bakı şəhərinin sabiq prokuroru, Azərbaycan Ali Sovetinin keçmiş deputatı Məmməd Quliyevdir.



Cənab Quliyev deyir ki, o, siyasi səbəblərə görə Azərbaycandan kənarda yaşayır. Onun sözlərinə görə, 1993-cü ilin iyulunda həyat yoldaşının xəstəliyi ilə əlaqədar Moskvaya gedib. Bir müddət sonra ona qarşı Azərbaycanda cinayət işi açılıb.



Məmməd Quliyev deyir ki, hazırda Rusiyada Azərbaycan diasporasının təşkilatlanmasında fəal iştirak edir və onun rəhbərliyi ilə Moskvada bir neçə Azərbaycan cəmiyyəti fəaliyyət göstərir.



- "Qlobus"un ikinci qonağı isə Birləşmiş Ştatların Çikaqo şəhərində yaşayan Məmməd Sadıxovdur.



O, ilk dəfə tələbə kimi 1993-cü ildə Amerikaya gəlib. Təhsilini qurtarandan sonra bu ölkədə qalıb, hazırda iqtisadçı kimi çalışır. Məmməd Sadıxov deyir ki, Birləşmiş Ştatlarda yaşadığı müddətdə Amerika həyat tərzini qəbul etməyib və Azərbaycan adətlərini qoruyub saxlamağa çalışıb.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG