Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:11

Seçkiqabağı təşviqata start verildi


Səs: Real audio
Son məlumatlara görə, qeydiyyata alınan namizədlərin sayı iki min nəfəri keçib Sentyabrın 7-də parlament seçkisi üzrə deputatlığa namizədlərin qeydiyyat mərhələsi başa çatdı və seçkiqabağı təşviqata start verildi. Mərkəzi Seçki Komissiyasının (MSK) bununla bağlı qəbul etdiyi təlimata görə, 60-dan çox namizədi qeydə alınmış partiya və siyasi bloklara dövlət televiziya, radio və qəzetlərində pulsuz efir və elan yerləşdirmək hüququ verilib.



Dövlət televiziya və radiolarının seçkiqabağı təşviqat üçün ayırdıqları pulsuz efir vaxtının ümumi həcmi həftədə üç saatdan az ola bilməz.



Təlimata görə, ayrı-ayrı namizədlərə və 60-dan az dairəni əhatə edən partiya və siyasi bloklara da dövlətə məxsus mətbuat vasitələrində pulsuz efir vaxtı ayrıla bilər. Amma bu məcburi deyil.



Əgər səsvermənin nəticələrinə görə namizəd üç faizdən az səs toplayıbsa, istifadə etdiyi pulsuz efir vaxtının əvəzini ödəməlidir.



Dövlət televiziya, radio və qəzetləri pullu təşviqat üçün də yer ayıra bilərlər. Bir şərtlə ki, pullu efir vaxtının həcmi pulsuz efirin həcmindən az və iki dəfə artıq olmasın. Təlimata görə, pullu efir vaxtının qiyməti hamı üçün bərabər olmalıdır. Özəl kanallara da pullu təşviqat xidmətləri təklif etmək hüququ verilib.



MSK bəzi qadağalar da müəyyən edib. Belə ki, dövlət idarələri, bələdiyyələr, xarici dövlətlər, xarici ölkə vətəndaşları, xarici hüquqi şəxslər, hərbçilər və 18 yaşına çatmamış vətəndaşlar təşviqat apara bilməzlər.



Həmçinin dini təşkilatlara da təşviqat aparmaq qadağan edilir.



Təşviqat səsvermə gününə 24 saat qalmış, yəni noyabrın 5-i səhər dayandırılmalıdır.



Son məlumatlara görə, qeydiyyata alınan namizədlərin sayı iki min nəfəri keçib.
XS
SM
MD
LG