Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:29
Rubrikalar

Azərbaycan-Avstriya - 0:0


Səs: Real audio
Azərbaycan Səhiyyə Nazirliyinin yaydığı məlumatda belə deyilir. - Sentyabrın 7-də futbol üzrə Azərbaycan yığma komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya millilərini qəbul edib. Matç 0-0 hesabı ilə başa çatıb.



Vyanada keçirilən ilk qarşılaşmada Avstriya yığması 3:0 hesabı ilə qalib gəlmişdi.



- Sentyabrın 8-də Misirin paytaxtı Qahirədə cüdo üzrə kişi və qadınlar arasında növbəti dünya çempionatının startı veriləcək. Azərbaycan çempionatda 7 cüdoçu ilə təmsil olunacaq. Çempionat sentyabrın 11-dək davam edəcək.



- Sentyabrın 14-də Serbiya-Çernoqoriyada 10-18 yaşlı şahmatçılar arasında növbəti Avropa çempionatının startı veriləcək. Doqquz turluq qitə birincilyi sentyabrın 23-də sona çatacaq. Azərbaycan şahmat məktəbinin 27 yetirməsi çempionatda çıxış edəcək. Onların arasında yeniyetmələrin dünya çempionatının bürünc mükafatçısı Ülvi Bacarani, Nicat Abbasov, Xəyalə İsgəndərova da var.



- Azərbaycan qılıncoynadanları da beynəlxalq turnirə hazırlaşır. Yığma komandanın baş məşqçisi Yaşar Məmmədovun verdiyi məlumata görə, 6 sabliyaçı sentyabrın 24-də İstanbulda keçiriləcək turnirdə mübarizəyə qoşulacaq. Ötən il keçirilən oxşar yarışda Azərbaycan yığmasının üzvləri Janna MuradqızıSəbinə Əmrahzadə bürünc medal qazanmışdılar.
XS
SM
MD
LG